5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanla hərbi əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir - Belarus ordusunun Baş qərargah rəhbəri

25 Sentyabr 2024 13:40
Azərbaycanla hərbi əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir - Belarus ordusunun Baş qərargah rəhbəri

Bakı, AzerVoice

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir.

Bu barədə  AzerVoice-ə Belarus Silahlı Qüvvələri Baş qərargahının rəhbəri, müdafiə nazirinin birinci müavini, general-mayor Pavel Muraveyko Azərbaycanda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin kuluarlarında bildirib.

"Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. Biz əlaqələrimizi inkişaf etdirmək və humanitar minalardan təmizləmə, hava hücumundan müdafiə qüvvələrinin öyrənilməsi, müasir hərbi münaqişələrdə kadrlara hazırlıq kimi sahələrdə bir-birimizi dəstəkləməyə çalışırıq.

Bu gün biz Baş Qərargah rəisi və müdafiə naziri ilə görüşməyi, əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə etməyi planlaşdırırıq.

Bu gün 5 yubiley sərgisi keçirilir. Burada Azərbaycan tərəfindən təqdim olunan nümunələr də daxil olmaqla bir çox maraqlı hərbi nümunələr sərgilənir. Qeyd etmək istərdim ki, sərgi Belarus Silahlı Qüvvələrinin nümayəndələrini maraqlandıran əhəmiyyətli nümunələrlə doludur. Mövcud variantları araşdıracağıq və nəzərdən keçirəcəyik”, - o əlavə edib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Azərbaycanla hərbi əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir - Belarus ordusunun Baş qərargah rəhbəri
Məqalədə: #ADEX 2024

Mövzu üzrə digər xəbərlər

Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərin açıqlayıb
İqtisadiyyat

Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərin açıqlayıb

8 Dekabr 2025 19:58
ADEX-də ağır artilleriya və hərbi təyyarələr nümayiş olunur
Siyasət

ADEX-də ağır artilleriya və hərbi təyyarələr nümayiş olunur

26 Sentyabr 2024 15:57
Xankəndidə tapılan minalar ADEX-də nümayiş olunur
Siyasət

Xankəndidə tapılan minalar ADEX-də nümayiş olunur

26 Sentyabr 2024 14:08
"Bayraktar TB2" zərbə PUA-sı ADEX-də nümayiş etdirilir
Siyasət

"Bayraktar TB2" zərbə PUA-sı ADEX-də nümayiş etdirilir

26 Sentyabr 2024 12:45

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.