13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

44 günlük Vətən müharibəsinin xronikası: 6 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

6 Oktyabr 2025 00:12
44 günlük Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bakı. AzerVoice

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

AzerVoice Vətən müharibəsinin oktyabrın 6-na olan xronikasını təqdim edir:

  • Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün "Pervıy Kanal" televiziyasında yayımlanıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
  • Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı, D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməkdir.
  • Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin görüntülərini yayıb.
  • Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.
  • Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb
  • Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
  • Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirədə deyib ki, düşmən tərəfindən "İsgəndər" raket kompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.
  • DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.
  • Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.
  • Ermənistan Silahlı Qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarını atəşə tutub.
  • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.
  • Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.
  • Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və qənimətlərin yeni görüntülərini yayıb.
Məqalədə: #44 günlük Vətən müharibəsi #Dəmir yumruq #Zəfər xronikası

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.