13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bu gün Hadrutun azad olunmasının beş ili tamam olur

Bəli, həmin uğurlu əməliyyata 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar.

9 Oktyabr 2025 00:06
Bu gün Hadrutun azad olunmasının beş ili tamam olur

BAKI, AzerVoice

Bu gün Hadrutun işğalçılardan azad olunmasının 5 ili tamam olur.

Bəli, həmin uğurlu əməliyyata 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar.

Burada həm işğalçı tərəfin 18-ci diviziyasının qərərgahının tutulması, həm də bütün rabitə yollarının tam bağlanması Azərbaycana qarşı döyüşən bütün silahlılar arasında böyük təşviş yaratmışdı. Bununla yanaşı Ermənistan ordusu üçün müdafiə xətti daha da böyüdü və Azərbaycan ordusunun manevr imkanlarını artırdı.

Hər tərəfdən dağların əhatəsində yerləşən Hadrut ermənilər tərəfindən əsas yollar və yol güzərgahlarından ciddi müdafiə olunurdu. Qəsəbə ərazi baxımından kiçik olsa da, burada erməni ordusunun böyük qüvvələri cəmləşmişdi. Hadrut həm də onların koordinasiya nöqtəsi - necə deyərlər quldur yuvası idi.

Düşmən üçün Hadrutun strateji əhəmiyyəti böyük idi. Burdakı dağ yüksəkliyinin bir tərəfindən Cəbrayıl istiqamətinə digər tərəfindən isə Füzuli istiqamətinə nəzarət etmək olur.

Çətin və qeyri-bərabər döyüşə girən Azərbaycan ordusunun qəhrəman döyüşçüləri düşməndən sayca dəfələrlə az olmasına baxmayaraq qəsəbəni azad edir. Sağ qalmaq üçün müxtəlif dağ yolları və cığırlarla geri qaçan erməni ordusu Hadruta yenidən hücum cəhdləri etməyə cəhd edir. Necə deyərlər ordumuzun qətiyyəti və sayıqlığı düşmənin planlarını suya salır, - gələn canlı qüvvə peşəkarlıqla təşkil edilmiş pusqularda məhv edilir.

Əlbəttə burda movqelənmək asan başa gəlmədi, şəhidlər verilsə də üstünlük və yüksəkliklər əldən verilmədi. Bu isə Şuşanın azad olunması əməliyyatına unikal imkan yaratdı.

Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı. Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə ordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusunun isə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.

Bir zamanlar qanlı Qarabağ münaqişəsinin başlamasını hazırlayan terrorçu dəstələrin cəmləşdiyi Hadrut qəsəbəsi indi azaddır və öz sahibləri tərəfindən bərpa edilir. Keçmişi qanlı tarixə bürünən Hadrut günü-gündən gülüstana çevrilir. Özü də əzəli və əbədi sahiblərinin nəzarəti ilə.

Bu gün Hadrutun azad olunmasının beş ili tamam olur Bu gün Hadrutun azad olunmasının beş ili tamam olur Bu gün Hadrutun azad olunmasının beş ili tamam olur Bu gün Hadrutun azad olunmasının beş ili tamam olur
Məqalədə: #Cəbrayıl #erməni terroru #Hadrut #erməni silahlıları

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.