Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb
Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı baş verib. Hadisə zamanı Qumlaq kənd sakini Elşən Şəmilov xəsarət alıb. O, minalardan təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı baş verib. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma aparılır. Məlumat Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA tərəfindən yayılıb. Vətəndaşlara təhlükəli ərazilərə daxil olmamaq tövsiyə edilib.
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşım edilib
"Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
Prezident İlham Əliyev: Cəbrayılın gələcəkdə Azərbaycan üçün böyük töhfəsi olacaq
Prezident İlham Əliyev bildirib ki, Cəbrayıl gələcəkdə həm kənd təsərrüfatı, həm də beynəlxalq nəqliyyat baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyacaq. Dövlət başçısı regionda həyata keçirilən yenidənqurma, enerji və sənaye layihələrinin məşğulluğun artırılmasına və Qarabağın inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Prezident İlham Əliyev: Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir
Prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə yaşayış və təhsil məsələləri həll olunduqca məşğulluq imkanları da genişlənir. Dövlət başçısı Cəbrayılda fəaliyyət göstərən “Araz Vadisi” Sənaye Zonasının regionda yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev: Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir
Prezident İlham Əliyev bildirib ki, Cəbrayılda ümumi gücü 340 meqavat olan üç böyük Günəş elektrik stansiyası inşa edilir. Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən enerji layihələri regionun iqtisadi inkişafına və məşğulluğun artmasına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayılda inşa olunan 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasında görülən işlərlə tanış olublar. Müasir tibbi infrastrukturun yaradıldığı xəstəxanada müxtəlif ixtisaslaşmış şöbələrin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. Dövlət başçısı kənddə yaradılan müasir yaşayış şəraiti, bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramının uğurla davam etdirildiyini vurğulayıb.
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM məmnuniyyətlə bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır
Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib. Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.
“Hər məsciddə kitabxana” layihəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində davam etdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib. Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.
Cəbrayılın Mehdili kəndində mina partladı, bir nəfər yaralandı
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.