10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Trampın İsrail və Türkiyənin razılığa gələcəklərinə əminliyi nədən doğur?

9 Aprel 2025 20:00
Trampın İsrail və Türkiyənin razılığa gələcəklərinə əminliyi nədən doğur?

BAKI, AzerVoice

"Düşünürəm ki, Ankara ilə Təl-Əviv arasında Suriyadakı Əhməd Şaraa hökuməti və sabiq cihadçıların İsrail əleyhinə ola biləcək hər hansı bir aktivliyinin qarşısını almaq məsələsində razılıq əldə olunub”.

AzerVoice Qaynarinfo-ya istinadən məlumat verir ki, bunu siyasi şərhçi Rufiz Hafizoğlu Trampın Netanyahu ilə keçirilən mətbuat konfransında ABŞ, İsrail və Türkiyənin Suriya məsələsində razılığa gələ biləcəklərinə əminliyini ifadə etməsinin nədən qaynaqlandığını şərh edərkən deyib.

R. Hafizoğlu qeyd edir ki, Trampla Netanyahunun Vaşinqtondakı mətbuat konfransı iki əsas məsələ ilə gündəmə gəlib:
"Gündəmə gələn əsas məsələlərdən biri Qəzza zolağının yerli xalq olan qəzzalılardan təmizlənməsi məsələsidir. Digər məsələ isə Türkiyədən şikayət etməsi məsələsi oldu. İsrail rəsmiləri Türkiyədən narahat olduqlarını öz ölkələrində bəyan ediblər. Amma Trampla görüşdə Netanyahu bu məsələ ilə bağlı müəyyən barışıq siqnalları, daha doğrusu, biz istəmirik, istəməzdik kimi açıqlamalar verdi”.

Ekspertin fikrincə, İsrail Ankaranın bölgədə artan nüfuzundan ona görə narahatdır ki, hazırda Türkiyə regionun ən dominant ölkəsidir:
"Türkiyənin bir həmləsilə İranın milyardlarla dollar pul xərclədiyi şiə ayparası dağıdıldı. Türkiyənin dəstəyilə İranın illərdir burada yaratdığı status-kvo darmadağın edildi”.

Həmsöhbətimiz deyir ki, İsrailin də burada öz marağı var:
"İsrail dövləti bu gün də öz sərhədlərini tam olaraq bəlirləməyib. Bu da onun ekspansionist siyasətindən xəbər verir. Suriyada hakimiyyət dəyişikliyi ilə İsrail ordusu Colan təpələri istiqamətində bir qədər də irəlilədi. Təl-Əvivin əsas məqsədi daha geniş ərazilərə nəzarət etməkdir.

Netanyahunun Trampla görüşündən əvvəl İsrail rəsmiləri dolayısı ilə Türkiyəni təhdid etdi. İsrailin XİN rəhbəri bildirdi ki, Suriya İsrailə düşmən qüvvələri öz ərazisinə buraxarsa, burada söhbət hərbi bazaların yaradılmasından gedir, onları peşman edəcəklər. Amma İsrail nə qədər güclü olsa da, Türkiyə ilə kəllə-kəlləyə gəlməsi onun yer üzündən silinməsilə nəticələnə bilər. Hətta Türkiyə İsrail qarşıdurması üçüncü dünya müharibəsinin rəsmən elan edilməsi olacaq”.

Siyasi şərhçi düşünür ki, Suriya ilə bağlı prosesdə müəyyən razılaşmalar əldə ediləcək:
"Heç şübhəsiz proses hər hansı bir razılaşma olmadan mümkün deyil. İsrailin qorxusu Suriyada hakimiyyətdə zamanında islamçı mövqedə dayanıb indi siyasi don dəyişənlərin olmasıdır. Baxmayaraq ki, Suriyanın yeni hakimiyyəti mülayim mesajlar verir, amma bu hakimiyyət indiyə kimi İsrailə yönəlik müsbət və ya mənfi mesajlar verməyib. Bu da Təl-Əvivi narahat edir”.

R. Hafizoğlu bu qənaətdədir ki, İsrail Türkiyənin artan nüfuzu qarşısında bölgədə heç nə edə bilməyəcək:
"Türkiyə bölgədə, özəlliklə də Suriyada stabilliyin qarantıdır. Dəməşqdə də başa düşürlər ki, bir dövlət olaraq var olmalarının yeganə səbəbi Türkiyədir. İsrail isə Suriyanı parçalamaqda maraqlıdır. Türkiyə ilə İsrailin Suriya ilə bağlı barışıq məsələsinə gəldikdə, düşünürəm ki, tərəflər arasında Əhməd Şaraa hökuməti və sabiq cihadçıların İsrail əleyhinə ola biləcək hər hansı bir aktivliyinin qarşısını almaq məsələsində razılıq əldə olunub. Qəzza məsələsi isə çoxdan həll olunub. İsrail heç bir halda HƏMAS və "Hizbullah”a yenidən ayağa durmağa imkan verməyəcək”.

Ekspert bildirir ki, bundan sonra bölgədə vəziyyət pisləşəcəksə, ABŞ və İsrailin yeni hədəfi İran olacaq:
"Buna doğru gedilməkdədir. İranı maksimum sıxışdırmaq planı var ki, bu isə Türkiyənin də maraqlarına xidmət edir. Yəni burada həm bir-birilə üst-üstə düşən, həm də bir-birilə ziddiyyət təşkil edən məqamlar var. Bir cəbhədə dost olanlar digər cəbhədə düşmən ola bilərlər. Bu da Yaxın Şərqin spesifik xüsusiyyətlərindən biridir.
Ümumiyyətlə, bölgədə baş verən proseslərə sadəcə Fələstin-İsrail, Türkiyə-İsrail kontekstindən deyil, geniş bucaqla baxmaq lazımdır. Burada bütün ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanın varlığını da inkar etməməliyik. Əl-Riyad zaman-zaman Ankaranın maraqlarına zidd siyasət yürüdən bir ölkədir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirilən mətbuat konfransında ABŞ, İsrail və Türkiyənin Suriya məsələsində razılığa gələ biləcəklərinə əminliyini ifadə edib.

Netanyahu da öz növbəsində Trampdan Ərdoğanla razılığa gəlmək məsələsində yardım istəyib.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.