5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan rəqəmsal əməkdaşlıq gündəmi ilə Kazan Forum-2025-də təmsil olunub

19 May 2025 12:29
Azərbaycan rəqəmsal əməkdaşlıq gündəmi ilə Kazan Forum-2025-də təmsil olunub

Bakı, AzerVoice

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti "Rusiya-İslam dünyası: Kazan Forum-2025" XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Bu barədə AzerVoice -ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, builki forum "Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar" mövzusuna həsr olunub. Kazan Forumunun müxtəlif platformalarında beynəlxalq tərəfdaşlıq, maliyyə və investisiyalar, nəqliyyat logistikası, turizm, təhsil, tibb sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Baş nazirinin müavini plenar iclasda iştirak edib və Azərbaycanda rəqəmsallaşmanın inkişafı, ölkədə bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində Şahin Mustafayev yüksəkvəzifəli rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev, həmçinin "DP World" şirkətlər qrupunun sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə danışıqlar aparılıb.

Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Ticarət, investisiya və rəqəmsal texnologiyalar sahələrində birgə təşəbbüslərə xüsusi diqqət yetirilib.

Nümayəndə heyəti Forum çərçivəsində məhsul və xidmətlər sahəsində milli nailiyyətlərin nümayiş etdirildiyi "Russia Halal Expo" beynəlxalq sərgisində təqdim olunan Azərbaycan stendinə də baş çəkib.

Azərbaycan rəqəmsal əməkdaşlıq gündəmi ilə Kazan Forum-2025-də təmsil olunub Azərbaycan rəqəmsal əməkdaşlıq gündəmi ilə Kazan Forum-2025-də təmsil olunub
Məqalədə: #Şahin Mustafayev #Nazirlər Kabineti

Mövzu üzrə digər xəbərlər

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək
Digər Dövlətlər

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

31 İyul 18:23
Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov
Siyasət

Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

17 İyul 17:27
Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib
Siyasət

Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

13 İyul 18:59
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
Siyasət

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

10 İyul 17:49

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.