7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İƏT baş katibi təşkilatın fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə Azərbaycana təşəkkür edib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə biz Azərbaycana səmimi təşəkkürümüzü bildiririk.

1 İyul 2025 12:59
İƏT baş katibi təşkilatın fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə Azərbaycana təşəkkür edib

Bakı. AzerVoice:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə biz Azərbaycana səmimi təşəkkürümüzü bildiririk.

AzerVoice xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Biz, İƏT Katibliyi olaraq və şəxsən mən – İƏT-in Baş katibi kimi, Azərbaycanda, xüsusilə də Qarabağ bölgəsində – Ağdam şəhərində olmaqdan məmnunluq duyuruq. Bu artıq Azərbaycanda keçirilən üçüncü, ümumilikdə isə 17-ci İƏT sammitidir. Azərbaycan Təşkilatın fəaliyyətinə mühüm töhfələr verərək regional birliyin gücləndirilməsinə, eləcə də inkişaf və rifahın təşviqinə xidmət edir. Biz bu töhfələrə görə səmimi minnətdarlığımızı bildiririk”, – deyə o bildirib.

İƏT-in baş katibi qeyd edib ki, sammit region üçün asan olmayan bir dövrdə keçirilir və bu, ona xüsusi önəm vermiş olur. Bu, üzv ölkələrə həmrəylik nümayiş etdirmək və ümumi məqsədlərə – inkişaf və rifaha nail olmaq naminə birgə yaxınlaşma yollarını müəyyənləşdirmək imkanı yaradır.

“Və Prezident İlham Əliyevin liderliyi sayəsində bizim sadəcə bir sammiti deyil, bütöv bir İƏT Həftəsini qeyd etməyimiz rəmzi məna daşıyır. Bu həftə çərçivəsində bütün regiondan gəncləri bir araya gətirən Gənclər Forumu keçirilir. Sabah Qadınlar Forumu və daha sonra Biznes Forumu baş tutacaq. Bu tədbirlər bizə əsas maraqlı tərəf qruplarının fikirlərini dinləməyə imkan verəcək ki, bu da Təşkilatın qarşıdakı onillik üçün uzunmüddətli strategiyasının formalaşdırılmasında xüsusilə vacibdir”, – deyə Əsəd Məcid Xan vurğulayıb.

Məqalədə: #İƏT

Mövzu üzrə digər xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib
Digər Xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

27 Avqust 17:26
Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
Siyasət

Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb

24 İyun 20:21
İslam dünyasında vahid mövqe vacibdir-İraq
Yaxın Şərq

İslam dünyasında vahid mövqe vacibdir-İraq

24 İyun 19:32
Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb
Siyasət

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

23 İyun 19:32

Son Xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.