6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib

Mətbuat Şurasının sədri Rəşad Məcid media qurumunun ölkə jurnalistikasının inkişafında, informasiya təhlükəsizliyinin təminində və peşəkarlıq prinsiplərinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Trend-in fəaliyyəti həm milli media mühitinin zənginləşməsinə, həm də Azərbaycanın dünyada obyektiv şəkildə təmsil olunmasına mühüm töhfə verib.

1 Sentyabr 2025 17:15
Baku
Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib

BAKI, AzerVoice

Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplom və təşəkkürnamələləri ilə təltif edilib.

Tədbirdə Mətbuat Şurasının sədri, agentliyin baş direktorunun müavinləri, xəbər xidmətlərinin rəhbərləri, əməkdaşlar iştirak ediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid media qurumunun ölkə jurnalistikasının inkişafında, informasiya təhlükəsizliyinin təminində və peşəkarlıq prinsiplərinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Trend-in fəaliyyəti həm milli media mühitinin zənginləşməsinə, həm də Azərbaycanın dünyada obyektiv şəkildə təmsil olunmasına mühüm töhfə verib.

Rəşad Məcid əlavə edib ki, agentliyin peşəkar komandası yeni media çağırışlarına çevik uyğunlaşaraq, informasiya bazarında etibarlılıq nümunəsi ortaya qoyub. Onun sözlərinə görə, bu uğurlar gələcəkdə də Azərbaycan mediasının inkişafına töhfə verəcək mühüm təcrübədir.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Sevil Mikayılova yubiley tədbirində çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə medianın inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub.

"Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq Azərbaycan jurnalistikasında müxtəlif adlar altında fəaliyyət göstərən redaksiyaların inkişafı üçün lazım olan mühit yaradılıb. Bu, həmin media qurumlarının özlərini sərbəst hiss etmələrinə və müstəqil fəaliyyıt göstərmələrinə şərait yaradıb, ölkəmizin ümumi inkişafına töhfə vermələri ilə nəticələnib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media sahəsinə göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan mətbuatı müasir inkişaf yolu ilə gedir və biz hər zaman bu diqqət qayğıya ya görə dövlətimizə minnətdarlığımızı ifadə edirik", - deyə o vurğulayıb.

S.Mikayılova daha sonra bildirib ki, Trend 30 il ərzində informasiya məkanında etibarlı xəbər mənbəyi kimi cəmiyyətə xidmət göstərib, obyektivliyi və operativliyi ilə oxucuların inamını qazanıb.

Sevil Mikayılova Mətbuat Şurasının göstərdiyi diqqət və dəyərləndirməyə görə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, bu, jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir və gələcək fəaliyyət üçün əlavə stimul yaradır.

Daha sonra Rəşad Məcid Trend İnformasiya Agentliyinə Mətbuat Şurasının diplomunu təqdim edib. Bununla yanaşı, agentliyin bir sıra əməkdaşları da fəaliyyətlərində göstərdikləri xidmətlərə görə təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.

Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib
Məqalədə: #Trend BİA #Trend-in 30 illiyi

Mövzu üzrə digər xəbərlər

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
Cəmiyyət

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

1 Sentyabr 11:31
Jurnalist Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb
Cəmiyyət

Jurnalist Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

9 Oktyabr 2025 13:36
Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi
Cəmiyyət

Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi

10 Sentyabr 2025 14:44
“ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb
Cəmiyyət

“ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb

2 Sentyabr 2025 15:57

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.