11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi

Trend BİA və DHA Türkiyədə foto və videomaterialların alqı-satqısı üçün ən böyük platformalardan birinə çevriləcək yeni stok resursunu DHApress.com portalı üzərindən işə salır. Yeni layihənin hazırlanması və tətbiqi Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmiş Azərbaycan-Türkiyə media platforması çərçivəsində Trend və DHA tərəfindən həyata keçirilib.

10 Sentyabr 2025 14:44
Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi

BAKI,AzerVoice

Trend BİA və DHA Türkiyədə foto və videomaterialların alqı-satqısı üçün ən böyük platformalardan birinə çevriləcək yeni stok resursunu DHApress.com portalı üzərindən işə salır. Yeni layihənin hazırlanması və tətbiqi Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmiş Azərbaycan-Türkiyə media platforması çərçivəsində Trend və DHA tərəfindən həyata keçirilib.

Peşəkar multimedia kontentinə artan tələbatı qarşılamaq məqsədilə Trend BİA-nın inkişaf komandası DHApress.com portalını müasirləşdirərək, ona tam funksional stok platforması əlavə edib. İndi istifadəçilər xəbər süjetləri, reportajlar və rəqəmsal media üçün eksklüziv foto və videomaterialları əldə edə və sata biləcəklər.

DHApress.com istifadəçilərə multimedialı kontent əldə etmək üçün yeni yanaşmalar təqdim edir. Ənənəvi stok xidmətlərindən fərqli olaraq, bizim platformamız əvvəllər yalnız dar media çevrəsinə açıq olmuş eksklüziv xəbər kontentinə yönəlib. İndi televiziya kanalları, jurnalistlər, prodakşn studiyaları və reklam agentlikləri hadisə yerlərindən operativ şəkildə aktual foto və videomateriallar əldə edə biləcəklər.

Kontentin yüksək keyfiyyəti platformanın əsas prioritetlərindən biridir. Bütün məhsullar peşəkar istifadə üçün uyğunlaşdırılıb və sənayenin ən yüksək standartlarına cavab verir. Ağıllı düşünülmüş interfeys sayəsində istifadəçilər rahat axtarış və çeşidləmə alətlərindən istifadə etməklə lazımi materialları asanlıqla tapa və yükləyə bilirlər. Bundan başqa, əlverişli tarif planları istər ayrı-ayrı materialların birdəfəlik alınmasına, istərsə də müntəzəm istifadə üçün abunə formasında əməkdaşlığa imkan yaradır.

Digər mühüm üstünlüklərdən biri çoxdilli dəstəyin olmasıdır. DHApress.com Azərbaycan, türk və ingilis dillərində fəaliyyət göstərir ki, bu da platformanı geniş beynəlxalq auditoriya üçün əlçatan edir. Aparıcı informasiya agentlikləri ilə inteqrasiya isə kontent bazasının dərhal yenilənməsinə və istifadəçilərin ən aktual foto və videolara çıxışına imkan verir. Nəticədə, DHApress.com sadəcə stok xidməti deyil, rəqəmsal jurnalistika və marketinqin inkişafına töhfə verən güclü media-kontent yaradıcı alətinə çevrilir.

DHApress.com istifadəçilərə daha əvvəl yalnız məhdud sayda KİV-ə açıq olmuş eksklüziv xəbər kontentinə çıxış imkanı yaradır. Platformada təqdim edilən foto və videomaterialın geniş seçim imkanının olması, onları jurnalistika, rəqəmsal marketinq və prodakşn sənayesində peşəkar istifadə üçün əvəzsiz edir.

Platforma istifadəçilərin rahatlığını nəzərə alaraq hazırlanıb: intuitiv interfeys vasitəsilə lazım olan materialları asanlıqla tapmaq, çeşidləmək və yükləmək mümkündür. Tarif planlarının əlverişliliyi isə həm ayrı-ayrı foto və videomaterialların birdəfəlik alınmasına, həm də müntəzəm multimedialı kontentdən istifadə edənlər üçün abunə formasında əməkdaşlığa şərait yaradır.

DHApress.com layihəsi gələcəkdə daha da böyüməyə və funksionallığını genişləndirməyə hədəflənib. Yaxın perspektivdə kontentin avtomatik kataloqa salınması üçün süni intellektin tətbiqi, redaktə alətlərinin təkmilləşdirilməsi, həmçinin, beynəlxalq media şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Trend və DHA-nın tərəfdaşlığı sayəsində DHApress.com layihəsi Azərbaycan, Türkiyə və digər ölkələrin aparıcı informasiya axınlarını birləşdirən tamhüquqlu media-haba çevriləcək.

Məqalədə: #Türkiyə #Azərbaycan #Trend BİA #Türkiyə-Azərbaycan Media Platforması #DHAPress

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
17:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.