DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq
Yeganə Azərbaycan-Türkiyə mediaplatforması olan “DHApress.com” genişmiqyaslı rəqəmsal transformasiya həyata keçirərək xəbərlərin hazırlanması prosesində süni intellekt texnologiyalarının tətbiqinə başlayıb. Bu, D-8 və Türk Dövlətləri Təşkilatı ölkələrindən bir çox KİV-in bu layihəyə qoşulmasına imkan yaradacaq.
Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi
Trend BİA və DHA Türkiyədə foto və videomaterialların alqı-satqısı üçün ən böyük platformalardan birinə çevriləcək yeni stok resursunu DHApress.com portalı üzərindən işə salır. Yeni layihənin hazırlanması və tətbiqi Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmiş Azərbaycan-Türkiyə media platforması çərçivəsində Trend və DHA tərəfindən həyata keçirilib.
DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib
6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direktoru İlqar Hüseynovla Türkiyənin "Demirören Haber Ajansı" (DHA) aparıcı informasiya agentliyinin baş direktoru Cemal Coşqun arasında görüş keçirilib.