8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib

6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direktoru İlqar Hüseynovla Türkiyənin "Demirören Haber Ajansı" (DHA) aparıcı informasiya agentliyinin baş direktoru Cemal Coşqun arasında görüş keçirilib.

10 Yanvar 2025 11:57
DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib

Bakı, AzerVoice/Trend.Az

6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direktoru İlqar Hüseynovla Türkiyənin "Demirören Haber Ajansı" (DHA) aparıcı informasiya agentliyinin baş direktoru Cemal Coşqun arasında görüş keçirilib. Görüşdə tərəflər "DHApress.com" Layihəsinin inkişaf perspektivlərini və yeni müştərək layihələrin yaradılmasını müzakirə ediblər.

İlqar Hüseynov Trend-ə müsahibəsində vurğulayıb ki, Trend-lə DHA arasında əməkdaşlıq artıq bir neçə ildir ki, uğurlu şəkildə davam edir.

"DHApress.com" Layihəsinin reallaşdırılması Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü birgə Azərbaycan-Türkiyə media platforması təşəbbüsü çərçivəsində həyata keçirilir. Bizim əsas məqsədimiz – "DHApress.com"u Türkiyənin ən böyük innovativ nəşrinə çevirməkdir. Onun yaradılmasında Trend BİA-nın İT-xidməti ən son nəsil texnologiyalardan istifadə edib. Türkiyə bazarında ilk dəfə olaraq aparıcı Azərbaycan və Türkiyə nəşrlərinin multimedia və xəbər materiallarının dərc olunacağı Layihə reallaşır.

Bir sıra nüfuzlu İtaliya və Çin nəşrləri də Layihədə iştiraka maraq göstərirlər. Bundan başqa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində biz "DHApress.com"un Azərbaycan versiyasından Türkiyədə yaşayan Azərbaycan diaspor nümayəndələri üçün kommunikasiya mərkəzinin yaradılmasında istifadə etməyi planlaşdırırıq, bu isə öz növbəsində bu ölkədəki azərbaycanlıların inteqrasiyasını asanlaşdıracaq", - deyə Trend BİA-nın direktoru əlavə edib.

DHA-nın baş direktoru Cemal Coşqun, öz növbəsində, agentliyin Trend-lə əməkdaşlığa böyük dəyər verdiyini qeyd edib.

"Biz əminik ki, bizim agentliklər bir-birini qarşılıqlı olaraq gücləndirir və qarşılıqlı təcrübə mübadiləsi aparmaq niyyətindəyik. Trend agentliyi Azərbaycanda və onun hüdudlarından kənarda etibarlı informasiya mənbəyi kimi mühüm uğurlar qazanıb və əməkdaşlığımız media məkanında birgə irəliləyiş baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Tərəflər, eyni zamanda, agentliklərin studiyaları arasında telekörpülərin və bərabər canlı yayımların təşkili, multimedia materiallarının mübadiləsi ilə bağlı razılaşma əldə ediblər.

Qeyd edək ki, DHApress.com Layihəsinin təqdimatı 2023-cü ildə Şuşada 2-ci Qlobal mediforum çərçivəsində, həmçinin, İstanbul şəhərində dövlət strukturlarının və nüfuzlu KİV nümayəndələrinin iştirakı ilə baş tutub.

Layihənin unikal özəlliklərindən biri ondan ibarətdir ki, Türkiyə mediabazarının tarixində ilk dəfə olaraq Azərbaycan dilində xəbər lenti yayımlanır.

DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib DHA agentliyinin baş direktoru Trend BİA-da birgə Layihənin perspektivlərini müzakirə edib
Məqalədə: #DHAPress

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.