4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Kamran Əliyev Sinqapura rəsmi səfər edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib. AzerVoice xəbər verir ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.

9 Sentyabr 2025 14:06
Bakı, Azərbaycan
Kamran Əliyev Sinqapura rəsmi səfər edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib.

AzerVoice xəbər verir ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes çıxış edərək qonaqları salamlayıblar.

Tədbirin açılışında çıxış edən rəsmi şəxslər konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib, onun məhsuldar nəticələr verəcəyinə inamlarını ifadə ediblər.

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi xüsusi vurğulanıb.

Səfərin zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində maraqlı olduqlarını bildirib.

Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr hazırlığı məsələləri müzakirə olunub.

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində növbəti günlərdə digər ölkələrin prokurorluq orqanlarının rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edir.

Kamran Əliyev Sinqapura rəsmi səfər edib Kamran Əliyev Sinqapura rəsmi səfər edib Kamran Əliyev Sinqapura rəsmi səfər edib Kamran Əliyev Sinqapura rəsmi səfər edib
Məqalədə: #Kamran Əliyev #Azərbaycan Respublikasının Baş Prokurorluğu #Sinqapur #rəsmi səfər #səfər #Baş prokuror Kamran Əliyev #Beynəlxalq Prokurorlar Assosiasiyası #Tarman Şanmuqaratnam

Mövzu üzrə digər xəbərlər

İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək
İran

İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

18 Avqust 22:48
Netanyahu ABŞ-a planlaşdırılan səfərini ləğv edib
Digər Dövlətlər

Netanyahu ABŞ-a planlaşdırılan səfərini ləğv edib

16 İyul 17:01
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Siyasət

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

13 İyul 21:48
Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib
Yaxın Şərq

Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib

7 İyul 22:19

Son Xəbərlər

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.