13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ölkəmizə kiberhücumların miqyasının genişlənməsi fonunda qanunvericiliyə “informasiya suverenliyi” termini daxil edilməlidir – Sevil Mikayılova

USAID kimi təşkilatların iflasından sonra insan haqları ilə bağlı konsepsiya dəyişmədi, lakin dünya birliyi başa düşdü ki, bu konsepsiyanın mahiyyəti tamamilə fərqlidir, bizə sırımaq istədikləri kimi deyil.

17 Sentyabr 2025 14:09
Ölkəmizə kiberhücumların miqyasının genişlənməsi fonunda qanunvericiliyə “informasiya suverenliyi” termini daxil edilməlidir – Sevil Mikayılova

BAKI, AzerVoice :

USAID kimi təşkilatların iflasından sonra insan haqları ilə bağlı konsepsiya dəyişmədi, lakin dünya birliyi başa düşdü ki, bu konsepsiyanın mahiyyəti tamamilə fərqlidir, bizə sırımaq istədikləri kimi deyil.

AzerVoice xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

“Çox sevindiricidir ki, nəhayət, on illiklərdən sonra bir sıra qərbli həmkarlarımız bunu anlaya bildilər. Lakin bu konsepsiyanın onlar üçün iflasa uğradığını anladıqdan sonra dayanacaqlarmı? Beynəlxalq münasibətlərdə daha ədalətli, saf, düzgün mövqe tutacaqlarmı? Bu məsələ ilə bağlı da müəyyən təhlükələr var və gündən-günə artır”, - deyə deputat vurğulayıb.

Millət vəkili çıxışında qanunvericiliyə “informasiya suverenliyi” termininin salınmasını təklif edib:

“Müəyyən siyasi kataklizmlərdən sonra ölkəmizə münasibətdə kiberhücumların miqyasının genişlənməsi, xüsusilə qara PR, informasiya müharibəsinin şiddətli formada aparılması onu deməyə əsas verir ki, bu artıq şəkli dəyişmiş formada davam edir. Yəni əvvəllər insan haqları ilə bağlı bir sıra suveren ölkələrə hücumlar olurdusa, indi tamamilə fərqli istiqamətlərdən hücumlar gəlir.

Reallıqları da nəzərə alaraq “informasiya suverenliyi” terminini qanunvericiliyə daxil edək. Süni intellekt və informasiya texnologiyalarının hüquq terminologiyasına daxil olmasından sonra informasiya suverenliyi beynəlxalq platformalarda da geniş müzakirə olunur. Biz nəinki məkanı müəyyənləşdirməliyik, eyni zamanda hüquq çərçivələrinin yeni reallıqlarını da təyin etməliyik”.

Məqalədə: #USAİD #Parlamentlərarası İttifaq #Kiberhücumlar

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.