4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb. Bildirilib ki, görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

17 Sentyabr 2025 18:28
Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb

Bakı. AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.

Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının, bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini qeyd edib.

Görüşdə deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil olunan tədbirlərdə iştirakından məmnunluq ifadə edilib.

Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O, Milli Məclis sədrinin AİPA-da iştirakından və onunla Assambleya çərçivəsində görüşməkdən məmnun olduğunu bildirib.

Söhbət zamanı, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Spiker Sahibə Qafarova Kamboca parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştirakından məmnunluğunu ifadə edib.

Milli Assambleyanın sədri Xuon Sudari isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülmüş işləri, həmçinin Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb
Məqalədə: #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.