9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

14 fələstinli tələbə ölkəmizdə təhsil almaq üçün Qəzza bölgəsindən təxliyə edilib - XİN

Azərbaycan Respublikası "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib. Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.

19 Sentyabr 2025 15:41
14 fələstinli tələbə ölkəmizdə təhsil almaq üçün Qəzza bölgəsindən təxliyə edilib - XİN

BAKI, AzerVoice

Azərbaycan Respublikası "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.

AzerVoice xəbər verir ki, Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.

Tələbələrin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsi AR-in İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisimizin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.

Ölkəmizə gələn tələbələr Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.

Qeyd edək ki, Fələstin Dövləti tərəfindən təqdim olunmuş namizədliklər əsasında həmin tələbələrdən 8 nəfəri ötən il, 6 nəfəri isə cari ildə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramına qəbul olunub.

Davam edən hərbi əməliyyatlar və bölgədəki qeyri-sabit vəziyyət ötən il qəbul olunmuş tələbələrin ölkəmizə gəlişini mümkünsüz edib. Bu baxımdan, tələbələrdən daxil olmuş müraciət və Fələstin tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin may ayından etibarən tələbələrin ölkəmizə gətirilməsi istiqamətində iş aparıb. Tələbələr quru yolu ilə Qəzzadan çıxarılaraq İordaniyaya gətirilib, daha sonra isə hava nəqliyyatı vasitəsilə onların İordaniyanın paytaxtı Əmman şəhərindən Bakıya uçuşları təşkil olunub.

Xəbər yenilənəcək

Məqalədə: #Qəzza #Qəzza zolağı #Azərbaycan XİN #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.