6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

"Şuşa Bəyannaməsi" Azərbaycan və Türkiyə münasibətlərini daha da gücləndirib - Hakan Fidan

14 Dekabr 2023 15:13
"Şuşa Bəyannaməsi" Azərbaycan və Türkiyə münasibətlərini daha da gücləndirib - Hakan Fidan

Bakı. AzerPress:

"Şuşa Bəyannaməsi" Azərbaycan və Türkiyə münasibətlərini daha da gücləndirib.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"İlk növbədə, Cənubi Qafqazın sabitliyi nəqliyyat və enerji xətlərinin təhlükəsizliyi baxımından çox vacibdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti mərkəzi dəhlizin mühüm tərkib hissəsini təşkil edir. Qlobal təchizat zəncirində mövqeyimizi gücləndirməyimiz üçün xəttin istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edir. Qars-Naxçıvan dəmir yolu layihəsini ən qısa zamanda həyata keçirməyi hədəfləyirik", - deyə o vurğulayıb.

Türkiyəli nazirin sözlərinə görə, TANAP-ın potensialının genişləndirilməsi və Xəzər təbii qazının Türkiyə və Avropaya nəqli iki ölkənin strategiyasının mühüm tərkib hissəsidir.

H.Fidan onu da qeyd edib ki, Azərbaycan Qarabağda öz suverenliyini tam təmin edib.

"Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında daimi sülh və sərhədlərin müəyyən edilməsi sazişlərinin müsbət irəliləyişini alqışlayırıq. Sülhün və əmin-amanlığın hökm sürdüyü Cənubi Qafqaz bütün aktorların marağındadır", - deyə o əlavə edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Hakan Fidan #Türkiyə XİN

Mövzu üzrə digər xəbərlər

Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan
Türkiyə

Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

31 Avqust 18:58
Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan
Türkiyə

Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

31 Avqust 18:49
Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib
Türkiyə

Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

31 Avqust 18:26
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.