5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub

4 noyabr 2025-ci il tarixində Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Polşanın Asiya və Sakit Okean Muzeyində Qarabağ xalçaçılıq məktəbinə aid "Malıbəyli" xalçasının Muzeyə hədiyyə edilməsi mərasimi təşkil edilib.

7 Noyabr 2025 14:27
Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub

BAKI, AzerVoice

4 noyabr 2025-ci il tarixində Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Polşanın Asiya və Sakit Okean Muzeyində Qarabağ xalçaçılıq məktəbinə aid "Malıbəyli" xalçasının Muzeyə hədiyyə edilməsi mərasimi təşkil edilib. Mərasimdə Polşa-Azərbaycan parlament qrupunun sədr müavini və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, Polşanın elm və incəsənət adamları, yerli media nümayəndələri, eləcə də bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.

AzerVoice xəbər verir ki, muzeyin direktoru Juzef Zalevski belə dəyərli hədiyyəyə görə Azərbaycanın Polşadakı Səfirliyinə minnətdarlığını ifadə edib. Bu xalçanın Muzeyin kolleksiyasını zənginləşdirəcəyini bildirən direktor həmçinin onu Muzeyə gələn ziyarətçilərin də maraqla qarşılayacaqlarına əmin olduğunu qeyd edib.

Y.Zalevski Muzeyə bağışlanan bu xalçanın dostluq, qarşılıqlı hörmət və mədəni dəyərlərin qorunmasına hörmətlə yanaşan iki xalq - Azərbaycan və Polşa xalqları arasında körpü rolunu oynayacağına inamını bildirib.

Mərasimdə çıxış edən N.Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarixə, güclü ənənələrə və zəngin təcrübəyə əsaslandığını, tarixən coğrafi mövqeyinə, dizaynına, kompozisiyasına, rəng seçiminə və texniki xüsusiyyətlərinə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, əsrlər boyu xalçaçılıq Azərbaycan mədəniyyəti və dekorativ sənətinin mühüm elementi olmuş, xalçalarımız xalqın ruhunu simvolizə etmiş və tariximizdəki mühüm hadisələri əks etdirmişdir.

Azərbaycan xalçalarının keyfiyyəti və yüksək bədii dəyəri ilə bütün dünyada məşhur olduğunu vurğulayan səfir bir çox xalça nümunələrimizin dünyanın nüfuzlu muzeylərində nümayiş etdirildiyi əlavə edib.

Həmçinin bir sıra önəmli tarixləri xatırlayaraq səfir N.Qurbanova cari ildə Azərbaycan xalçaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15-ci, eyni zamanda ötən il Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 30-cu ildönümünün qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. 24 element ilə Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısında 5-ci pillədə qərarlaşdığı vurğulanıb.

Dünyada mövcud olan, demək olar ki, bütün növ xalça və kilimlərin Azərbaycanda istehsal olunduğunu xüsusi qeyd edən N.Qurbanova onların hər kvadrat desimetrə düşən ilmələrin sayı ilə müəyyən edilən çox yüksək sıxlığı ilə seçildiyini, məhz bu baxımdan Azərbaycan xalçalarının uzun ömürlü olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan Milli Xalça Muzeyi barədə danışaraq iştirakçılara Muzeyin yaradılması, fəaliyyəti, zəngin kolleksiyası barədə ətraflı məlumat verib. Muzeyin Şuşa şəhərində yerləşən filialından bəhs edərək onun 1987-ci ildə təsis edildiyini, burada müxtəlif adlarda eksponatların nümayiş olunduğunu, 1992-ci ildə Şuşanın işğalından sonra Şuşa filialının binasının dağıdıldığını və Muzeyin kolleksiyasiyasından bəzi nümunələrin təxliyə edildiyini bildirib.

Bu mərasimin ölkəmizdə - Zəfər Günü kimi qeyd olunan bayram ərəfəsində keçirilməsi təsadüfi deyil. Bu qələbə sadəcə hərbi uğur deyil, eyni zamanda mənəvi, tarixi və mədəni bir qələbə idi. Bu, həyatın dirçəldilməsi - muzeylərin, teatrların və dini ziyarətgahların yenidən qurulması, musiqinin, sənətkarlığın və ənənələrin geri qaytarılması demək idi. 31 ildən sonra 2023-cü ildə yenidən ziyarətçilərin üzünə açılan Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı bu dirçəlişin bariz nümunəsidir.

Səfir həmçinin Muzeyə hədiyyə olunan "Malıbəyli" xalçası barədə qonaqlara ətraflı məlumat verib. Bu xalçanı Asiya və Sakit Okean Muzeyinə bağışlamaqla, Muzeyin mədəniyyətlərarası anlaşmanı və zəngin Şərq irsini təşviq etmək kimi əlamətdar missiyasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Daha sonra Muzeyin əməkdaşı Karolina Kşıvitska Qarabağ xalçaçılıq məktəbi, bu xalçaçılıq məktəbinə aid olan "Malıbəyli" xalçası barədə qonaqları ətraflı məlumatlandırıb və ənənəvi Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş olunub.

Tədbir çərçivəsində səfir N.Qurbanova Polşanın TVP televiziyasında yayımlanan "Dobrego dnia" verilişinə müsahibə verib.

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub
Məqalədə: #UNESCO #Polşa #xalça #xalça ixracı #Zəfər Günü

Mövzu üzrə digər xəbərlər

“CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb
Texnologiya

“CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

2 Sentyabr 21:05
Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN
Siyasət

Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

28 Avqust 19:27
Tarixdə bu gün –18 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün –18 Avqust

18 Avqust 00:01
Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb
Livan

Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

31 İyul 21:08

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.