10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

06 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir.

7 Noyabr 2025 23:20
Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

BAKI, AzerVoice

06 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir zamanı 8 noyabr-Zəfər gününə həsr edilimiş film nümayiş etdirilmiş və foto şəkildən ibarət sərgi keçirilmişdir.

Tədbirdə İİR-in Xarici İşlər Nazirliyinin Şimal Qərb nümayəndəliyinin əməkdaşı cənab Behnam Məlikpur, Türkiyənin Təbrizdəki baş konsulunun vəzifəsini icra edən Abdullah Dağ və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad islam universitetinin azərbaycanlı tələbələri iştirak etmişdir.

Tədbirdə çıxış nitqi söyləyən Baş konsul v.m.i.e Rəşad Abdullayev tədbir iştirakçılarını salamlayaraq bu möhtəşəm və şərəfli günü bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulamışdır.

R.Abdullayev bu günü bizim üçün doğmalaşdıran və müqəddəsləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edən qüdrətli Silahlı Qüvvələrimizin, xalqımızın qəhrəman övladlarının silaha sarılaraq ana torpağın müdafiəsinə qalxdığını, qanları və canları bahasına müqəddəs Zəfərin notlarını dövlətçilik tariximizin şərəf kitabına yazdığını bildirmişdir.

O, 2020-ci il noyabr ayının 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən birinı yazaraq, Azərbaycan hərbçilərinin dağlar qoynunda yerləşən Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardığını qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Noyabr 8-nin Zəfər Günü elan etdiyini, 2021-ci ilin yanvar ayının 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdığını vurğulamışdır.

R.Abdullayev Azərbaycan xalqının apardığı 44 günlük vətən müharibəsi ilə təkcə şərəfini və milli qürurunu bərpa etmədiyini, eyni zamanda beynəlxalq hüququ və ədalətin müdafiəsinə qalxdığını, onun keşikçisi olduğunu, Azərbaycan xalqının Zəfəri döyüş meydanında qazanaraq bütün dünyaya heç bir təcavüzkar qüvvənin xalqın birliyi qarşısında davam gətirə bilmədiyini göstərdiyini söyləmiş, hər zaman olduğu kimi “Eşq olsun bu birliyi və Zəfəri qazandıran Müzəffər Ali Baş komandana” deyərək bundan sonra da əbədiyyətə kimi qəhrəman Liderimizə minnətdar olacağımızı, qazanılan tarixi Zəfərin bütün region ölkələri üçün hava və su qədər əhəmiyyətli olan uzunmüddətli sülh içində yaşamaq və inteqrasiya etmək şansını yaratdığını vurğulamışdır.

O, böyük məmnuniyyət hissi ilə çıxışını Prezident cənab İlham Əliyevin dərin məzmunlu nitqindən bir parça ilə bitirmişdir.

Müzəffər Ali Baş komandan demişdir: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Tədbirin sonunda şam yeməyi verilmişdir.

Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib
Məqalədə: #44 günlük Vətən müharibəsi #baş konsulluq #Zəfər Günü #İkinci Qarabağ müharibəsi #Təbriz #İran İslam Respublikası #Azərbaycan Respublikasının İran səfirliyi #Rəşad Abdullayev #Türkiyənin Təbrizdəki baş konsulluğu #Behnam Məlikpur #Azad islam universiteti

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.