8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO)

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

8 Noyabr 2025 18:50
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO)

BAKI, AzerVoice

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

AzerVoice xəbər verir ki, tədbirlərdə hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, qələbənin qazanılmasında xalqımızın rolundan, igid oğullarımızın şücaətlərindən danışılıb, şəhidlərimizin xatirəsinin daim uca tutulacağı vurğulanıb. Şanlı qələbəmizdən keçən beş il ərzində işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq işlərindən geniş söhbət açılıb.

Şəxsi heyətə Zəfər və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, keçirilmiş döyüş əməliyyatları haqqında ətraflı məlumat verilib.

Vətən müharibəsinə dair sənədli filmlər və videoçarxların nümayişi, hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.

Tədbirlərin sonunda yüksək döyüş hazırlığı və nizam-intizamı ilə xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO) 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO)
Məqalədə: #Heydər Əliyev #Azərbaycan Ordusu #Zəfər Günü

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.