5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib

Selami Altınok bütün qonaqları salamlayaraq koordinasiya görüşünün əhəmiyyətini vurğulayıb.

17 Noyabr 2025 19:46
TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib

BAKI,AzerVoice

ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində ilk dəfə olaraq TÜRKPA-nın koordinatorluğu və Türkiyə Böyük Millət Məclisinin ATƏT-dəki nümayəndə heyətinin sədri cənab Selami Altınokun ev sahibliyində ATƏT-dəki nümayəndə heyətlərinin koordinasiya iclası baş tutub.

AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri iştirak edib.

Selami Altınok bütün qonaqları salamlayaraq koordinasiya görüşünün əhəmiyyətini vurğulayıb. O, qardaş türk dünyası ölkələrinin nümayəndə heyətlərinin belə görüşlərinin ortaq tarixi və mədəni irsin bölüşülməsi baxımından mühüm olduğunu qeyd edərək, bunun türk dövlətləri arasında davamlı əməkdaşlıq və birliyin daha da güclənməsinə xidmət edəcəyini bildirib.

İclasda ortaq əməkdaşlığın gücləndirilməsi, ATƏT PA və digər beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara xidmət edən birgə fəaliyyət mexanizminin və yol xəritəsinin hazırlanması, habelə TÜRKPA Beynəlxalq Katibliyinin 2008-ci ildə imzalanmış qurucu İstanbul Sazişinin müvafiq müddəalarına əsasən bu koordinasiya prosesində hərtərəfli iştirak etməsi və tərəflər arasında onlayn və oflayn əlaqələrin lazımi səviyyədə təmin edilməsi kimi mühüm məsələlər müzakirə edilib.

Bundan başqa, TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu alması ilə bağlı Qazaxıstan tərəfinin irəli sürdüyü təklif bütün iştirakçılar tərəfindən dəstəklənib və bu istiqamətdə konkret addımların atılması barədə ortaq mövqe ifadə edilib.

TÜRKPA Baş katibi cənab Ramil Həsən çıxışı zamanı bu istiqamətdə TÜRKPA Beynəlxalq Katibliyinin üzərinə düşəcək bütün vəzifələri məsuliyyətlə icra edəcəyini bildirirərək üzv ölkələrin parlament sədrlərinə və nümayəndə heyətlərinə proses haqqında ətraflı məlumat veriləcəyini qeyd edib. O həmçinin vurğulayıb ki, gələcəkdə üzv ölkələrin ortaq maraqlarına xidmət edəcək məsələlərin səsvermədən əvvəl müzakirəyə çıxarılması və ehtiyac yarandıqda tövsiyə xarakterli qərarların qəbul olunması üçün TÜRKPA Beynəlxalq Katibliyində bütün imkanlar mövcuddur və bu imkanlar qardaş Türk dövlətlərinin və onların parlamentlərinin birliyinə xidmət edir.

Koordinasiya iclasında Özbəkistan Respublikası Ali Məclisinin hər iki palatasının nümayəndələrinin iştirakından istifadə edən cənab Ramil Həsən, Özbəkistanın yaxın zamanda TÜRKPA-da üzvlük əldə etməsi ilə bağlı çağırışını yenidən səsləndirib.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova da iştirak edib.

TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib
Məqalədə: #İstanbul #ATƏT PA #Türkiyə Böyük Millət Məclisi #TÜRKPA #Selami Altınok #TÜRKPA Beynəlxalq Katibliyi

Mövzu üzrə digər xəbərlər

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb
Türkiyə

Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

2 Sentyabr 12:23
Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib
Türkiyə

Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

31 Avqust 18:26
Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib
Türkiyə

Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

18 Avqust 09:27

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.