8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

Bakıda Azərbaycan və İordaniya arasında iclas keçirilir.

27 Noyabr 2025 12:49
Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

BAKI,AzerVoice

Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilir.

AzerVoice xəbər verir ki, iclasdan əvvəl Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın IV iclasının iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında və Zəfər Parkında olub, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsini yad ediblər.

Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah arasında iclasdan əvvəl keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, Hökumətlərarası Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq dövr ərzində formalaşmış münasibətlərin və Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun iki ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Nazir ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib və qeyd edib ki, Komissiyanın bu gün keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olacaq.

Bildirilib ki, iki ölkə arasında indiyədək imzalanmış 40-dan çox sənəd əməkdaşlığın inkişafı üçün güclü hüquqi baza formalaşdırır və yeni təşəbbüslərin reallaşdırılması üçün əlverişli imkanlar yaradır.

Nazir çıxışında regional transformasiyadan bəhs edib və bildirib ki, hazırda dünyada müşahidə olunan geosiyasi dəyişikliklər Cənubi Qafqaz regionunu yeni inkişaf mərhələsinə çıxarır və Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində Vaşinqtonda imzalanmış Bəyannamə bölgə üçün tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edir və Zəngəzur Dəhlizinin açılmasına şərait yaradır. Bu yeni nəqliyyat arteriyası təkcə Cənubi Qafqaz deyil, eyni zamanda, Mərkəzi Asiya və Yaxın Şərq üçün də ticarət, logistika, enerji tranziti və regional inteqrasiya sahələrində geniş imkanlar açır və regionda investisiya, turizm, tranzit, logistika üçün sabit, proqnozlaşdırıla bilən və əlverişli mühit formalaşdırır. Nazir bu yeni reallıqlar fonunda İordaniyanı regionda genişlənən ticarət və nəqliyyat əməkdaşlığında fəal iştiraka dəvət edib.

S.Babayev bildirib ki, Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və tərəflər arasında daha böyük potensial mövcuddur. Qeyd olunub ki, Hökumətlərarası Komissiyanın nəticələri də iki ölkənin ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm, qida təhlükəsizliyi, səhiyyə, gömrük və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.

İkitərəfli ticarətin artmaqda davam etməsi, Azərbaycanın kənd təsərrüfatı, qida və digər məhsullar üzrə İordaniya bazarında rəqabət imkanlarını genişləndirməsi, İordaniyanın isə dərman və digər sənaye məhsullarının ixracında fəallıq nümayiş etdirməsi və investisiya dialoqunun dərinləşdirilməsi Komissiyanın iclasında mühüm irəliləyişlər kimi qiymətləndirilib. Qeyd olunub ki, nəqliyyat əlaqələrinin təkmilləşməsi, o cümlədən hava marşrutlarının genişləndirilməsi, humanitar və mədəni layihələr, təhsil sahəsində tələbə mübadiləsi və universitetlərarası əməkdaşlığın gücləndirilməsi qarşılıqlı əlaqələrin daha da inkişafına şərait yaradır.

Komissiyanın həmsədri, İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah çıxışında iki ölkə arasında münasibətlərin iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, İordaniyanın Azərbaycanla ticarət, investisiya, sənaye, enerji, turizm və logistika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Nazir bildirib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşıdakı illərdə birgə layihələrin artmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişlənməsinə töhfə verəcək.

Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 23 noyabr 2007-ci il tarixində yaradılıb və Birgə Komissiyanın bundan əvvəl üç iclası keçirilib.

Məqalədə: #Azərbaycan #Sahil Babayev #İordaniya #Maliyyə Nazirliyi #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #İkitərəfli əməkdaşlıq müzakirələri #Azərbaycan–İordaniya münasibətləri #Hökumətlərarası Komissiyanın IV iclası #Amman–Bakı əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.