8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bakı və Türkmənbaşı limanları Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında logistika və tranzit əməkdaşlığının inkişafı istiqamətində müzakirələr aparılıb.

28 Yanvar 2026 11:59
Bakı və Türkmənbaşı limanları Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında logistika və tranzit əməkdaşlığının inkişafı istiqamətində müzakirələr aparılıb.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasına işgüzar səfər edən Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Parahat Jumayevin rəhbərlik etdiyi Türkmənistan nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin direktoru Eldar Salahov ilə görüş keçirib. Danışıqlarda Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmämmet Elyasov da iştirak edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq ardıcıl şəkildə möhkəmlənir və xüsusilə Bakı (Ələt) və Türkmənbaşı beynəlxalq dəniz limanları arasında logistika əməkdaşlığına xüsusi önəm verilir. Bu əməkdaşlıq Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılmasına, Orta Dəhlizin inkişafına, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsinə xidmət edir.

Tərəflər son illərdə yükdaşımaların artırılması, sərhədkeçmə və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndiriblər. Qeyd olunub ki, dəniz və dəmir yolu xidmətləri üzrə tariflərin azaldılması multimodal daşımaların və tranzit konteyner daşımalarının genişlənməsinə imkan yaradıb.

Müzakirələrdə Bakı (Ələt) və Türkmənbaşı limanlarının Xəzər dənizində Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinə xidmət edən əsas logistika mərkəzlərinə çevrilməsi hədəfi önə çəkilib. Bildirilib ki, bu marşrut üzrə neft, müxtəlif yüklər və dəmir yolu vaqonlarının daşınması həyata keçirilir. Modernləşdirmədən sonra Türkmənbaşı limanı iri nəqliyyat qovşağına çevrilib, Bakı limanı isə Ələt qəsəbəsində infrastrukturunu genişləndirərək yük və sərnişin daşımalarında rolunu artırıb.

Görüşdə, həmçinin Xəzər dənizi - Qara dəniz beynəlxalq tranzit və nəqliyyat dəhlizinin inkişafı, Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yükdaşımaların artırılması perspektivləri müzakirə olunub. Avropa İttifaqı da daxil olmaqla bütün maraqlı tərəfdaşlarla əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Bakı və Türkmənbaşı limanları Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir Bakı və Türkmənbaşı limanları Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir
Məqalədə: #Bakı və Türkmənbaşı limanları logistika əməkdaşlığını gücləndirir #Xəzər üzərindən yükdaşımalar artırılır #Bakı və Türkmənbaşı arasında tranzit əməkdaşlığı #Liman rəhbərləri Orta Dəhlizi müzakirə etdi #Bakı limanı Xəzər–Qara dəniz dəhlizində rolunu artırır #Bakü ve Türkmenbaşı limanları Orta Koridoru güçlendiriyor #Azerbaycan–Türkmenistan liman iş birliği genişliyor #Hazar üzerinden yük taşımacılığı artıyor #Bakü Limanı bölgesel lojistik merkez oluyor #Orta Koridor’da yeni lojistik adımlar #Bakü ve Türkmenbaşı limanları görüştü

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

7 Sentyabr 17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

7 Sentyabr 13:46
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.