10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sədr müavini Kanadada bir sıra görüşlər keçirib

Vaqif Seyidbəyov Kanadaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

6 Fevral 2026 22:51
Sədr müavini Kanadada bir sıra görüşlər keçirib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyov Kanadaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

AzerVoice xəbər verir ki, komitə sədrinin müavini Toronto Azərbaycan Evinin fəaliyyəti ilə yaxından tanış olub. Azərbaycan Evinin və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova evin fəaliyyəti və qarşıdakı planlar barədə ətraflı məlumat verib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin soydaşlarımızın şəbəkələşməsinə, Vətəndən uzaqda özlərini yalnız hiss etməməsinə və gənc nəsildə milli birliyin formalaşmasına xüsusi xidmət etdiyi vurğulanıb. Sədr müavini daha sonra Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbini ziyarət edib. Şagirdlər məktəbdə özlərinə azərbaycanlı dostlar tapdıqlarını, ana dilini öyrəndiklərini, festivallarda və tədbirlərdə Azərbaycanın milli rəqsləri ilə çıxış etdiklərini qürurla dilə gətiriblər Məktəbin müəllimləri gənc soydaşlarımızın milli ruhda tərbiyə edilməsi, zəngin mədəniyyətimizin qorunması və təbliğində həftəsonu məktəblərinin əvəzsiz rolundan danışıblar. Soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində Kanadadakı Azərbaycan icması ilə görüş keçirilib. Sədr müavini komitənin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunan genişmiqyaslı layihələrin soydaşlarımızın həmrəyliyinə hesablandığını ifadə edib. Görüş iştirakçıları həmvətənlərimiz arasında güclü bağın qurulması, qarşılıqlı dəstək mexanizmlərinin yaradılması, eləcə də Kanadaya yeni gələn soydaşlarımızın adaptasiyası mövzusunda müxtəlif təkliflər səsləndiriblər. İcmanın ağsaqqalları Kanadada yaşayan azərbaycanlıların bir arada olması, milli kimliyin və ana dilinin qorunmasına göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər.

Komitə sədrinin müavini Toronto Universitetində yerləşən “Tomas Fişer” (Thomas Fisher) Nadir Əsərlər Kitabxanasını da ziyarət edib. Kitabxanada Azərbaycan dilində yazılan əsərlər, azərbaycanlı müəlliflərin başqa dillərə tərcümə olunan nadir kitabları, o cümlədən Nizami Gəncəvinin 1517-ci ilə aid “İqbalnamə” əlyazması, Füzulinin “Leyli və Məcnun” əsərinin Təbrizdə çap olunan ilk nəşri və XVIII əsrə aid təzhibli Qurani-Kərim nüsxələri ilə tanış olub. Toronto Universitetinin Yaxın və Orta Şərq, eləcə də İslam dünyası kitab kolleksiyalarına nəzarət edən Lalə Cavanşir Azərbaycan mədəni irsinin Toronto Universitetində necə təmsil olunduğu və qorunduğu barədə məlumat verib.

Sədr müavini Kanadada bir sıra görüşlər keçirib Sədr müavini Kanadada bir sıra görüşlər keçirib Sədr müavini Kanadada bir sıra görüşlər keçirib Sədr müavini Kanadada bir sıra görüşlər keçirib
Məqalədə: #Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi #Vaqif Seyidbəyov #Vaqif Seyidbəyov Kanadaya işgüzar səfəri #Toronto Azərbaycan Evi #Vətən Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi #Lalin Həsənova #Tomas Fişer (Thomas Fisher) Nadir Əsərlər Kitabxanası

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.