5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

4 Mart 2026 19:37
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

BAKI, VOA

Martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

VOA xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb. O, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsi olduğunu bildirib.

Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının rəhbərliyi ilə paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.

Samir Nuriyev Azərbaycanın qlobal şəhərsalma proseslərini diqqət mərkəzində saxlayan bir ölkə olaraq, bu sahədə innovativ yanaşmaları irəli sürdüyünü və onları praktiki müstəvidə uğurla tətbiq etdiyini diqqətə çatdırıb. Belə ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin bunun ən bariz təzahürü olduğunu söyləyib. Eyni zamanda, 2026-cı ilin may ayında Bakıda keçiriləcək və artıq böyük beynəlxalq marağa səbəb olan WUF13-ün Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı konseptual yanaşmanın, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən praktiki təcrübənin beynəlxalq müstəvidə təqdimatı üçün platforma olduğunu qeyd edib.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin WUF13-ə hazırlıq prosesinin cari vəziyyəti, substantiv məsələlər, kommunikasiya və təşkilati-logistika istiqamətlərində görülmüş işlər, həmçinin gündəlikdə yer alan digər məsələlər barədə məruzələri dinlənilib.

Təşkilat Komitəsinin sədri iclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən WUF13-ün yüksək səviyyədə təşkili ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən irəli gələrək, iclas iştirakçılarına bütün işlərin daha keyfiyyətli, vaxtında və kompleks yanaşma təmin edilməklə icrasına dair göstərişlər verib.

Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
Məqalədə: #Samir Nuriyev #Prezident Administrasiyası #Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası(WUF13)

Mövzu üzrə digər xəbərlər

İran Prezident Administrasiyası dövlət televiziyasını senzurada ittiham edib
İran

İran Prezident Administrasiyası dövlət televiziyasını senzurada ittiham edib

25 İyul 18:42
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

25 İyun 19:28
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
Cəmiyyət

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

17 İyun 15:41
Səudiyyə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək
Yaxın Şərq

Səudiyyə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək

11 May 17:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.