4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan Milli QHT Forumu Naxçıvana dron hücumu barədə bəyanat yayıb

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərindədir", - bəyanatda qeyd olunub.

5 Mart 2026 16:10
Azərbaycan Milli QHT Forumu Naxçıvana dron hücumu barədə bəyanat yayıb

BAKI,VOA

Bu gün İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Naxçıvan bölgəsinə dron hücumlarının edilməsi Azərbaycana münasibətdə nankorluq, xəyanət və riyakarlıq nümunəsi olmaqla, terror aktıdır. Naxçıvanda hava limanı və orta məktəbin hədəfə alınması göstərir ki, məqsəd dinc əhali və mülki infrastruktura ziyan vurmaqdır.

VOA xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun yaydığı bəyanatda bildirilir.

"Nəticədə 4 nəfər mülki şəxs - 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov və Zülfüqar Zülfüqarlı, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov yaralanıb, hava limanı və orta məktəb binaları zərər çəkib.

Hazırda Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə yalnız hava nəqliyyatı bağladığından İran, aeroportu sıradan çıxartmaqla, bu əlaqəni tam kəsmək istəyib. Bu çirkin metod bizə 90-cı illərdə Ermənistanın Naxçıvana hücumlarından yaxşı məlumdur.

İran daim qonşuluq prinsiplərinə sadiq qalan, dar günün dostu olan, ərazisindən heç vaxt qonşu ölkələr əleyhinə istifadəyə icazə verməyən Azərbaycana hücum etməklə böyük səhvə yol verdi.

Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik, qorxaqlıq, zəiflikdir. Azərbaycana hücum edənlərin aqibəti məlumdur, İran da bu qorxaq, cılız əməlinə görə peşman olacaq.

Molla rejimi unutmamalıdır ki, əhalisinin böyük əksəriyyətini canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız - azərbaycanlılar təşkil edir, Təbrizin, Ərdəbilin və digər tarixi Azərbaycan şəhərlərinin ürəyi bizimlədir, onlar buna sıradan hadisə kimi baxmayacaq və dözməyəcək.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərindədir", - bəyanatda qeyd olunub.

Məqalədə: #İran #Azərbaycan #Naxçıvan #Qeyri-hökumət təşkilatları (QHT) #Azərbaycan Milli QHT Forumu

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.