9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

TDT siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik kontekstində iki ölkə arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğuladı. O, TDT-nin türk dünyasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişi vurğuladı.

7 Mart 2026 22:00
TDT siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib - Ceyhun Bayramov

BAKI, VOA

7 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışında, TDT-nin son illər siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində dinamik və təsirli əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.

Artan geosiyasi gərginliklər, beynəlxalq təhlükəsizlik mühitində yaşanan qeyri-müəyyənlik və qlobal təchizat zəncirlərində baş verən pozuntular fonunda TDT çərçivəsində həmrəylik və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu məqsədlə, TDT üzv dövlətləri arasında sadalanan çağırışlarla mübarizədə məlumat mübadiləsinin gücləndirilməsi, institutlararası koordinasiyanın artırılması və birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional təhlükəsizlik mühitinə toxunularaq, Yaxın Şərqdə baş verən son hadisələrin və hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket hücumu və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumlarının təhlükəli eskalasiya aktları olduğu vurğulanaraq, bu qəbildən hərəkətlər qətiyyətlə pislənilib.

İran tərəfinin baş verən hadisələri hərtərəfli araşdırması, cavabdeh şəxsləri məsuliyyətə cəlb etməsi və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməsinin gözlənildiyi qeyd olunub.

Fələstin münaqişəsi və Qəzza bölgəsindəki vəziyyət kontekstində, Azərbaycan tərəfindən məsələnin beynəlxalq hüquq və müvafiq BMT qətnamələrinə əsaslanaraq iki dövlət prinsipi əsasında həlli variantının dəstəkləndiyi bir daha vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən danışan nazir, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdən sonra regionda davamlı sülhün əldə olunması üçün tarixi imkanın yarandığını bildirib.

TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinə toxunularaq, Azərbaycan sədrliyinin Təşkilatın institusional potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdiyi bildirilib. Bu kontekstdə, TDT-nin ötən il Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşündə dövlət başçıları tərəfindən təsis edilmiş “OTS+” formatının əhəmiyyəti vurğulanıb. Sözügedən mexanizmin nəqliyyat dəhlizləri, logistika, enerji təhlükəsizliyi, ticarət, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi sahələrdə TDT ilə qeyri-üzvü ölkələr və beynəlxalq təşkilatlar arasında layihə əsaslı əməkdaşlığın genişləndirilməsi üçün çevik platforma yaradacağı diqqətə çatdırılıb.

Cari ilin birinci yarısında keçiriləcək mühüm tədbirlərdən bəhs edilərək, Təşkilata sədrliyi çərçivəsində Azərbaycanın 2 aprel 2026-cı il tarixində TDT Baş nazirləri/Vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Bundan əlavə, cari ilin 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumunun, may ayında Qazaxıstanın Türkistan şəhərində təşkili planlaşdırılan TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünün, eləcə də Bakıda təşkil olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbirinin ölkələrimiz üçün əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) TDT üzv dövlətlərinin fəal iştirakı ilə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov çıxışının yekununda Türk dünyasına yaxınlaşmaqda olan Novruz və Ramazan bayramları münasibətilə təbriklərini çatdıraraq, qardaş xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıb.

Tədbirdə bir sıra məsələr ətrafında fikir mübadiləsi aparılıb və yekunda Yaxın Şərqdəki son inkişaflarla bağlı Nazirlərin Birgə Bəyanatı qəbul edilib.

xxx

20:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik kontekstində iki ölkə arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğuladı.

O, TDT-nin türk dünyasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişi vurğuladı.

Nazir Yaxın Şərqdəki son hərbi hadisələr də daxil olmaqla, gərginləşən təhlükəsizlik vəziyyətindən narahatlığını ifadə etdi və Türkiyə ərazisinə raket hücumunu, eləcə də İranın Naxçıvan Muxtar Respublikasına pilotsuz təyyarə hücumlarını qətiyyətlə pislədi.

Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq və iki dövlətli həll yolu əsasında ədalətli və davamlı həllinə fundamental dəstəyi də bir daha təsdiqləndi.

Nazir, həmçinin Azərbaycan-Ermənistan sülh prosesinə toxunaraq, 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə Görüşündən sonra münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına Azərbaycanın sadiqliyini bir daha təsdiqləyib və münasibətlərin tam normallaşdırılması və davamlı sülhə nail olmaq üçün Ermənistan konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarının həll edilməsinin vacibliyini bir daha vurğulayıb.

Nazir TDT-nin sədri kimi Azərbaycanın prioritetlərini, o cümlədən institusional potensialın gücləndirilməsini, xarici tərəfdaşlarla əməkdaşlıq üçün TDT+ formatının təşviqini və TDT üzv dövlətlərinin Baş nazirlərinin/vitse-prezidentlərinin ikinci görüşü, tarixi Birinci Türkoloji Qurultayın 100 illiyi və digərləri kimi qarşıdan gələn təşəbbüslərin və tədbirlərin təşviqini qeyd etdi.

TDT siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib - Ceyhun Bayramov TDT siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib - Ceyhun Bayramov TDT siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib - Ceyhun Bayramov
Məqalədə: #Ceyhun Bayramov #Cənubi Qafqaz #Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurası

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.