9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Hindistanın zikh icmasına qarşı transmilli repressiya siyasəti beynəlxalq narahatlıq doğurur - BTQ

Hindistan hökumətinin zikh fəalları və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi tədbirlərin coğrafiyasının genişləndiyi və transmilli xarakter aldığı bildirilir.

10 Mart 2026 22:25
Hindistanın zikh icmasına qarşı transmilli repressiya siyasəti beynəlxalq narahatlıq doğurur - BTQ

BAKI, VOA, Orxan Qədirzadə

Hindistan hökumətinin zikh fəalları və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi tədbirlərin coğrafiyasının genişləndiyi və transmilli xarakter aldığı bildirilir.

VOA Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, müxtəlif insan hüquqları təşkilatlarının hesabatlarında Hindistan hökumətinin zikh fəallarına qarşı təqiblərinin yalnız ölkə daxilində deyil, həm də xaricdə davam etdiyi qeyd olunur. Əvvəllər bu məsələ əsasən ABŞ və Kanada kontekstində müzakirə olunsa da, son məlumatlar oxşar təzyiqlərin Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edildiyini göstərir.

Məlumata görə, 2023-cü ildə Kanada ərazisində zikh fəalı Hardeep Singh Nijjar öldürülüb. Daha sonra ABŞ-da Hindistan vətəndaşı Nikhil Gupta tərəfindən zikh fəalı Gurpatwant Singh Pannuna qarşı sui-qəsd planının ifşa edildiyi bildirilib. Hər iki hadisə beynəlxalq mediada geniş müzakirə olunub və Hindistan hökumətinin mümkün əlaqəsi ilə bağlı iddialar irəli sürülüb.

Mütəxəssislər qeyd edir ki, transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. Bu siyasət çərçivəsində diaspor fəallarının izlənməsi, dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiqlər, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiber hücumlar kimi müxtəlif üsullardan istifadə olunduğu bildirilir.

Bu istiqamətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin də fəallaşdığı vurğulanır. Bakı Təşəbbüs Qrupu tərəfindən 16 yanvar tarixində Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Hindistanda zikh və digər dini azlıqlara qarşı diskriminasiya hallarının müzakirə edildiyi bildirilib.

Konfransdan sonra Bakı Təşəbbüs Qrupunun rəqəmsal sistemlərinin kiber hücumlara məruz qaldığı qeyd olunur. Eyni zamanda “Sikh Federation Canada” təşkilatının rəhbəri Bual Moninder Singh tədbirdən sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri aldığını açıqlayıb.

Müşahidəçilərin fikrincə, qlobal diaspor şəbəkələrinin genişlənməsi və rəqəmsal texnologiyaların inkişafı fonunda bu cür təzyiq mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilə bilir. Buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, beynəlxalq insan hüquqları və transmilli repressiya problemi kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, qlobal gündəmdə müharibə və regional münaqişələrin artması fonunda bu kimi hallar bəzən beynəlxalq diqqətdən kənarda qala bilir. Bu səbəbdən zikh təşkilatlarının beynəlxalq platformalarda məsələni gündəmdə saxlamaq və təhlükəsizlik mexanizmlərini gücləndirmək istiqamətində müzakirələr apardıqları bildirilir.

Məqalədə: #Hindistanın zikh icmasına qarşı siyasəti beynəlxalq narahatlıq yaradır #Zikh diasporuna qarşı transmilli təzyiq iddiaları artır #Hindistanda dini azlıqlara qarşı repressiyalar müzakirə olunur #Zikh fəallarına qarşı təqiblər beynəlxalq gündəmdə #Zikh diasporu təzyiqlərlə bağlı beynəlxalq diqqət tələb edir #Hindistan hökumətinin zikh siyasəti tənqid olunur

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.