5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Cinayət əmlakının leqallaşdırılması ilə mübarizə üçün yeni Milli Fəaliyyət Planı layihəsi hazırlanıb

Koordinasiya Şurasının (Koordinasiya Şurası) növbəti iclası keçirilib.

2 Aprel 2026 18:48
Cinayət əmlakının leqallaşdırılması ilə mübarizə üçün yeni Milli Fəaliyyət Planı layihəsi hazırlanıb

BAKI,VOA

Cari ilin 2 aprel tarixində Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının (Koordinasiya Şurası) növbəti iclası keçirilib.

VOA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın, habelə digər tədbirlər planlarının icra vəziyyətinin müsbət qiymətləndirildiyini bildirmiş və onu da əlavə etmişdir ki, müvafiq tədbirlərin davamlılığının təmin edilməsi üçün tezliklə yeni fəaliyyət planının qəbul edilməsi mühüm əhəmiyyət daşıyır.

İclasda ötən il yaradılmış benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyəti ilə bağlı mövcud vəziyyət müzakirə edilmiş və bu reyestrin fəaliyyətinin təmin edilməsi ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib.

Bundan əlavə, iclasda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı” layihəsi müzakirə edilib. Milli Fəaliyyət Planı layihəsində nəzərdə tutulan bəzi tədbirlərin aidiyyəti dövlət orqanları tərəfindən hələ də razılaşdırılmadığı nəzərə alınaraq, Şura sədri tərəfindən bu prosesin sürətləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

İclasda həmçinin cari ilin iyul ayında ölkəmizin ev sahibliyi edəcəyi “Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının keçirilməsi ilə bağlı” İş planı üzrə görülmüş işlərə dair hesabat dinlənilmiş, habelə Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər üzrə müzakirələr aparılıb.

Məqalədə: #Nazirlər Kabineti #Samir Şərifov #Koordinasiya Şurası

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

28 Avqust 19:37
Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Siyasət

Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

19 Avqust 19:58
Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək
Digər Dövlətlər

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

31 İyul 18:23
Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib
Siyasət

Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

13 İyul 18:59

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.