8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

Samir Şərifov avqustun 28-də Belarusda səfərdə olub

28 Avqust 2026 19:37
Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

BAKI,VOA

Avqustun 28-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasında səfərdə olub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir müavini Belarus Respublikasının xarici işlər naziri Maksim Rıjenkov tərəfindən qəbul edilib:

"Görüş zamanı, iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Belarus arasında dostluq münasibətlərinə söykənən strateji tərəfdaşlıq əlaqələrinin inkişafında iki ölkə liderlərinin rolu xüsusi vurğulanıb.

Daha sonra, Azərbaycan Respublikası və Belarus Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Belarus tərəfindən isə xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.

Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib
Məqalədə: #Azərbaycan #Belarus #Samir Şərifov #Maksim Rıjenkov #Pavel Utyupin

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.