9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri

4 aprel 2026-cı il tarixində Kars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında qonaq oldular və tərəflər arasında səmimi müzakirələr aparıldı. Əksəriyyəti əslən qərbi azərbaycanlılardan ibarət olan nümayəndə heyəti ilə keçirilən görüş qarşılıqlı əməkdaşlıq və ortaq dəyərlərin müzakirəsi baxımından əhəmiyyətli olub.

4 Aprel 2026 18:25
Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri

BAKI,VOA, Orxan Qədirzadə

Kars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib, tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

VOA xəbər verir ki, 4 aprel 2026-cı il tarixində Kars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında qonaq oldular və tərəflər arasında səmimi müzakirələr aparıldı. Əksəriyyəti əslən qərbi azərbaycanlılardan ibarət olan nümayəndə heyəti ilə keçirilən görüş qarşılıqlı əməkdaşlıq və ortaq dəyərlərin müzakirəsi baxımından əhəmiyyətli olub.

Qonaqları İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qarşılayıb. Görüş zamanı çıxış edən Əziz Ələkbərli Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası məsələsinə diqqət çəkərək, bu mövzunun beynəlxalq müstəvidə daha geniş şəkildə gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, diaspor təşkilatları və müxtəlif ictimai qurumlarla əlaqələrin gücləndirilməsi Qərbi Azərbaycana qayıdış ideyasının təşviqi baxımından mühüm rol oynayır.

İcmanın İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu çıxışında belə görüşlərin strateji əhəmiyyət daşıdığını bildirib. O, Kars Təhsil və Mədəniyyət Vəqfi ilə əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, Qərbi azərbaycanlıların çoxluq təşkil etdiyi bu vəqflə birgə layihələrin həyata keçirilməsi üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edib.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında görüşün əhəmiyyətindən bəhs edərək, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu cür platformalarda daha da möhkəmləndiyini qeyd edib və gələcəkdə birgə sosial-mədəni layihələrin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə digər icma təmsilçiləri - millət vəkilləri Musa Quliyev, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, İcmanın Nəzarət Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, İcmanın Hüquq Komissiyasının sədri Zahid Cəfərov da iştirak və çıxış ediblər. Çıxışlarda əsasən Qərbi Azərbaycan mövzusu, deportasiya tarixinin unudulmaması, milli kimliyin qorunması və bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qonaqlar adından çıxış edən Kars Təhsil və Mədəniyyət Vəqfinin sədri Kamil Salduz səmimi qəbula görə təşəkkürünü bildirib. O, çıxışında qeyd edib ki, bu cür görüşlər iki qardaş xalq arasında mənəvi bağların daha da güclənməsinə xidmət edir. Kamil bəy bildirib ki, hazırda Türkiyədə Ermənistanın deportasiya siyasətinin qurbanı olan 3 milyondan yuxarı qərbi azərbaycanlı yaşayır və onların hər biri soykökünü unutmayan, tarixi keçmişinə bağlı insanlardır.

Kamil Salduz və nümayəndə heyətinin digər üzvlərindən Ender Aslan, Korkut Oran və digər nümayəndələr Qərbi Azərbaycan həsrətindən, tarixi ədalətin bərpası arzusundan və qurulan mənəvi körpülərin əhəmiyyətindən danışıblar.

Sonda qonaqlara Qərbi Azərbaycan İcması tərəfindən xatirə hədiyyələri, o cümlədən kitablar təqdim olunub. Nümayəndə heyəti həmçinin İcmanın inzibati binası ilə yaxından tanış olub, burada həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat alıblar.

Görüş qarşılıqlı anlaşma, əməkdaşlıq perspektivləri və ortaq tarixi-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik - Qərbi Azərbaycan İcması sədri
Məqalədə: #Qərbi Azərbaycan İcmasında mühüm görüş: Karsdan gələn heyətlə müzakirələr #Türkiyədəki 3 milyon qərbi azərbaycanlı üçün yeni əməkdaşlıq mərhələsi #Bakı və Kars arasında mənəvi körpü: Birgə işçi qrupu yaradılır #Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış ideyasını təşviq etməliyik #Kars Təhsil və Mədəniyyət Vəqfi nümayəndələri Bakıda səfərdədir #Qərbi Azərbaycan İcması və Kars Vəqfi arasında strateji əlaqələr

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.