7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İranın Qırmızı Aypara Cəmiyyəti humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

İranın Qırmızı Aypara Cəmiyyəti İrana göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edir.

6 Aprel 2026 17:50
İranın Qırmızı Aypara Cəmiyyəti humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

BAKI,VOA

İranın Qırmızı Aypara Cəmiyyəti İrana göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edir.

VOA-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti sədrinin beynəlxalq məsələlər üzrə müavini Raziyə Alişvəndi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycan, Rusiya, Hindistan, Çin, Dağıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və İraqdan İrana humanitar yardımlar göndərilib.

Alişvəndi humanitar yardımların quru sərhədlər vasitəsi ilə ölkəyə göndərildiyini qeyd edib.

Cəmiyyət rəsmisi bildirib ki, İran heç bir beynəlxalq təşkilata və yaxud ölkəyə humanitar yardımlarla bağlı müraciət etməyib və ölkələr könüllü şəkildə İrana yardımlar edib.

"Yerli potensialdan əlavə ölkələrin göndərdiyi köməklərdən istifadə olunur. İran bu ölkələrə, dövlətləri və xalqlarına təşəkkürünü bildirir", - deyə o qeyd edib.

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq Azərbaycan İrana humanitar yardımlar göndərib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Azərbaycan İrana indiyə qədər üç dəfə humanitar yardım göndərib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə: #İran #Azərbaycan #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İsrail İran hücumu #Qızıl Aypara

Mövzu üzrə digər xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

19:41
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır

18:41

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.