12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb

10 Aprel 2026 17:33
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb

BAKI,VOA

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb

VOA-in xüsusi müxbiri xəbər verir ki, 10–12 aprel 2026-cı il tarixlərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, "Sülh Körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətinin və əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir.

Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsinə həsr olunacaq.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.

Azərbaycandan olan iştirakçılar:

1.Fərhad Məmmədov – koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru.
2.Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru.
3.Ramil İsgəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri.
4.Kəmalə Məmmədova – "First News Media" (1news.az) internet portalının baş redaktoru.
5.Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi.
6.Dilarə Əfəndiyeva – Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nəzdində "Qadınlar, sülh və təhlükəsizlik" Mərkəzinin rəhbəri.
7.Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi.
8.Zaur Şiriyev – "Karnegi" Rusiya və Avrasiya Mərkəzinin eksperti.
9.Rauf Ağamirzəyev – nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.
10.Gülbəniz Qənbərova – "Kənd Qadınları Assosiasiyası" İctimai Birliyinin sədri.
11.Nəzrin Əliyeva – "İnsan Hüquqlarına Dəstək Mərkəzi" İctimai Birliyinin nümayəndəsi.
12.Sənan Rzayev – CBC telekanalının redaktoru və aparıcı siyasi şərhçisi.
13.Emin Əliyev – TREND beynəlxalq informasiya agentliyinin baş redaktoru.
14.Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini.
15.Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri.
16.İlyas Hüseynov – siyasi analitik.
17.Gülşən Axundova – "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri.
18.Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin əməkdaşı.
19.Orxan Amaşov – "AnewZ" baş redaktor müavini və aparıcısı.
20.Yeganə Hacıyeva – Mətbuat Şurası İdarə Heyətinin üzvü.

Ermənistandan olan iştirakçılar:

1.Areq Koçinyan – koordinator, Ermənistan Şurasının prezidenti.
2.Boris Navasardyan – "Yerevan Mətbuat Klubu"nun fəxri prezidenti.
3.Naira Sultanayan – Demokratiyanın İnkişafı Fondunun direktoru.
4.Narek Minasyan – Ermənistan Şurasının assosiativ eksperti.
5.Samvel Meliksetyan – Ermənistan Şurasının eksperti.
6.Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarə Heyətinin sədri.
7.Edqar Vardanyan – Ermənistan Şurasının assosiativ eksperti.
8.Robert Gevondyan – Ermənistan Şurasının eksperti.
9.Lusine Haratyan – yazıçı və mədəni antropoloq.
10.Nelli Minasyan – tarix elmləri doktoru, dosent, türkologiya üzrə mütəxəssis.
11.Davit Stepanyan – "1in.am" saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti.
12.Ruben Babayan – Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.Eleonora Sarqsyan – sülh və gender məsələləri üzrə ekspert, gənclərlə iş üzrə mütəxəssis.
14.Naira Martikyan – "JAMnews" (Ermənistan) redaktoru, direktoru.
15.Vazgen Karapetyan – "Avrasiya Tərəfdaşlığı" Fondunun direktor müavini.
16.Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru, aparıcısı.
17.Armen Petrosyan – regional siyasət üzrə ekspert, "Orbeli" Mərkəzi.
18.Alen Amirxanyan – Akopyan Ekoloji Mərkəzinin (AUA) direktoru.
19. Nelli Rafayelyan – jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.Ermənistan İctimai Televiziyasının operatoru.

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb
Məqalədə: #Azərbaycan-Ermənistan #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh prosesi #Azərbaycan-Ermənistan sülh sazişi 2025 #Azərbaycan-Ermənistan normallaşma prosesi #Azərbaycan Ermənistan sülh prosesi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.