11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib

Ceyhun Bayramov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına sədrlik edib.

20 Aprel 2026 10:13
Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib

BAKI. VOA:

Xarici işlər naziri Ceyhun Bayramov "Heç kimi geridə qoyma: Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı" mövzusu altında Banqkokda keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib.

Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, sessiyanın açılışında Prezident İlham Əliyevin yazılı müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.

Bildirilib ki, sessiya zamanı Azərbaycan ümumi çağırışların həlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Bayramov inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantılar, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığına fokuslanan Azərbaycanın əsas siyasət mesajlarını diqqətə çatdırıb.

"Heç kimi geridə qoyma" gündəliyi çərçivəsində Azərbaycanın insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.

Sessiya zamanı "Azərbaycan 2030" sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərinin – inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi, nəsillər arasında bərabər imkanların təmin edilməsi kimi istiqamətləri xatırladılıb.

Bununla yanaşı, Avrasiya üzrə bağlantıların inkişafında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.

Sessiyanın əsas nəticələrindən biri Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsinin qəbul edilməsi olub. Bu sənəd inklüzivlik və davamlı tərəqqiyə dair ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uyğunluq təşkil edir.

Sessiya region üzrə inklüziv artım, sosial bərabərlik və davamlı inkişaf mövzularında dialoqu inkişaf etdirmək məqsədilə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirib.

Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və ümumi inkişaf məqsədlərinə dəstək məqsədilə Asiya-Sakit okean regionu ilə əməkdaşlığını daha da dərinləşdirməyə sadiqdir.

Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutaraq, Azərbaycan insanı mərkəzə qoyan, regional bağlantıları gücləndirən, rəqəmsal və yaşıl keçidləri sürətləndirən, sülh və əməkdaşlığı möhkəmləndirən inkişaf modelini təşviq edir.

Məqalədə: #Azərbaycan #BMT #Azərbaycan XİN #Ceyhun Bayramov #ESCAP #Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası #Prezident İlham Əliyevin yazılı müraciəti #Cənub-Cənub əməkdaşlığı #Azərbaycan 2030 #Bakı–Banqkok Bəyannaməsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.