4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova

Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın əsas platformalarından birinə çevrilib.

7 May 2026 18:43
Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova

BAKI,VOA

Son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiq edib.

VOA xəbər verir ki, bu fikirləri mayın 7-də Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammitində çxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir.

Bununla yanaşı, qeyd olunub ki, ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır. Bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir.

Spiker Sahibə Qafarova, parlamentlərin beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynadığını və parlament diplomatiyasının dialoqun təşviq edilməsi, şəffaflığın artırılması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi vasitəsilə ənənəvi diplomatik kanalları tamamladığını söyləyib.

Milli Məclisin sədri parlament diplomatiyasının etibarlı, inklüziv olmasının və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmasının vacibliyini vurğulayıb. O deyib ki, parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir.

Azərbaycan Milli Məclisi bu yanaşmanı dəstəkləyir və çoxtərəfli parlament platformaları çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Bu kontekstdə Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirən spiker Sahibə Qafarova deyib ki, bu ölkələr, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onilliklərlə davam edən münaqişədən sonra sülh şəraitində yaşamağı öyrənirlər. Bu addım sülh və normallaşma istiqamətində davam edən səylərə uyğun olaraq iki ölkə arasında dialoqun və etimad quruculuğunun inkişafına töhfə verə bilər. Parlamentlərimizin də iki xalq arasında etimadın qurulması istiqamətində çalışdığını söyləyən Sahibə Qafarova deyib ki, Aralıq Dənizi Parlament Assambleyası konstruktiv əməkdaşlıq üçün daha bir mühüm platformaya çevrilə bilər.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın beynəlxalq parlament fəaliyyətlərində fəal iştirak etdiyini xatırladaraq deyib ki, ölkəmiz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edir. Spiker xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir. Bu baxımdan, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu mühüm addım parlament diplomatiyasının beynəlxalq əməkdaşlığın vacib sütunu kimi gücləndirilməsinə dair ortaq öhdəliyimizi əks etdirir və bu çərçivə daha institusional qarşılıqlı fəaliyyəti və parlamentlərarası əlaqələrin daha da genişlənməsini təşviq edəcək.

Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, səmərəli parlament diplomatiyası davamlı öhdəlik və əlaqələndirilmiş fəaliyyət tələb edir. Parlamentlərimiz arasında əməkdaşlığın gücləndirilməsi də sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək.

Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir - Sahibə Qafarova
Məqalədə: #Milli Məclisin sədri Sahibə Qafarova #ParlamentDiplomatiyası #BeynəlxalqƏməkdaşlıq #OrtaDəhliz #AralıqDəniziParlamentAssambleyası #AzərbaycanParlamenti #SülhVəDialoq #QoşulmamaHərəkatı

Mövzu üzrə digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
Siyasət

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

10 May 12:07
Azərbaycan və Dünya Bankı Qrupu nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər
İqtisadiyyat

Azərbaycan və Dünya Bankı Qrupu nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər

7 May 20:18
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

7 May 19:46
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Siyasət

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

7 May 19:09

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.