13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ulu Öndərin müasir ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub - Birol Akgün

“Bir millət, iki dövlət” anlayışı bu gün iki qardaş ölkə arasında münasibətlərin ortaq şüarına çevrilib

10 May 2026 19:23
Ulu Öndərin müasir ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub - Birol Akgün

BAKI,VOA

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkiyə səfirliyi olaraq bütün müşavirlərimiz, aidiyyəti qurumlarımız və iş insanlarımızla birlikdə onun məzarını ziyarət etdik.

VOA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, onun ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub:

"Biz onun Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, xüsusilə 1990-cı illərin çətin günlərində bu xalqın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq istiqamətində göstərdiyi mübarizəni hər zaman ehtiramla xatırlayırıq.

Ulu Öndər yalnız bu ölkənin müstəqilliyinin təmin olunmasında deyil, həm də iqtisadi inkişafı, tərəqqisi və bugünkü müasir Azərbaycanın qurulması baxımından mühüm rol oynayıb. Onun ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub.

Bizim üçün Türkiyə–Azərbaycan münasibətləri baxımından da Ulu Öndərin “Bir millət, iki dövlət” anlayışı bu gün iki qardaş ölkə arasında mövcud olan mükəmməl münasibətlərin ortaq şüarına çevrilib.

Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə onun bu xalqa bəxş etdiyi bütün dəyərləri dərin hörmət, rəhmət və minnətdarlıq hissi ilə yad edirik".

Məqalədə: #Ümummilli Lider Heydər Əliyev #Türkiyə səfirliyi #Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.