5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

Sahibə Qafarova Marlen Mamataliyevi vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

21 May 2026 21:49
Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

BAKI,VOA

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən VOA-ya verilən məlumata görə, spiker Sahibə Qafarova Marlen Mamataliyevi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin müasir dövrdə də qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda uğurlu inkişafından məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Qırğızıstan dövlət başçılarının qarşılıqlı səfərlərinin, yüksək səviyyədə görüşlərin dinamikasının və səmərəliliyinin ikitərəfli münasibətlərin möhkəmlənməsində və dərinləşməsində mühüm rolunu qeyd ediblər.

Söhbət zamanı Azərbaycan və Qırğız Respublikası arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də davam etdirildiyi vurğulanaraq, qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. O cümlədən, beynəlxalq parlament təşkilatlarında, həmçinin MDB-nin Parlamentlərarası Assambleyasında, Türk Dövlətlərinin Parlament Assambleyasında, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Asiya Parlament Assambleyasında və digər qurumlarda fəal əməkdaşlıq mövcuddur. Görüşdə parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin və təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb
Məqalədə: #Milli Məclis #Sahibə Qafarova #MDB Parlamentlərarası Assambleyası #Marlen Mamataliyev #Qırğız Respublikası #Joqorku Keneşi #Azərbaycan-Qırğızıstan əlaqələri #parlament əməkdaşlığı #dostluq və qardaşlıq #Türk Dövlətləri Parlament Assambleyası

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.