6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Silahlı Qüvvələr Günü münasibətilə bütün qoşun növlərində və hərbi hissələrində tədbirlər keçirilib.

26 İyun 2026 21:31
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

BAKI,VOA

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş hərbi attaşelik aparatlarında silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli yoldan danışılıb. Qeyd olunub ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoymuşdur.

26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli surətdə keçirilir.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevincini bəxş edib.

Plana uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıq məşğələləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

Tədbirlərdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Məqalədə: #Müdafiə Nazirliyi #Heydər Əliyev #Azərbaycan Ordusu #İlham Əliyev #Vətən müharibəsi #Silahlı Qüvvələr Günü #Əlahiddə Azərbaycan Korpusu

Mövzu üzrə digər xəbərlər

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?
Siyasət

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

1 Sentyabr 22:32
Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb
Siyasət

Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

1 Sentyabr 11:20
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Siyasət

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

25 Avqust 21:22

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.