5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

Tarixi Vaşinqton sammitindən bir il ötür və artıq TRIPP layihəsinin praktiki icrasına keçməyin vaxtıdır

8 Avqust 2026 10:34
Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

BAKI,VOA

Tarixi Vaşinqton sammitindən bir il ötür və artıq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki icrasına keçməyin vaxtıdır.

VOA xəbər verir ki, nu barədə ABŞ-nin Azərbaycandakı sabiq səfiri Robert Sekuta Trend-ə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən tarixi görüşündən sonra əldə olunan irəliləyişdən danışan Sekuta qeyd edib ki, ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli ABŞ rəsmilərinin Cənubi Qafqaza səfərləri davamlı sülhə gedən yolda əhəmiyyətli irəliləyişin, eləcə də ABŞ-nin region xalqlarına və onun inkişafına ciddi marağının göstəricisidir.

“Bununla belə, qarşıda hələ çox iş var. İlk növbədə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması və ratifikasiyası zəruridir — bunun üçün şərtlər yaradılıb və Baş nazir Paşinyanın yaxın vaxtlarda keçirilmiş seçkilərdə qələbəsi ermənilərin sülhə və irəliləməyə davam etməkdə maraqlı olduğunu təsdiqləyir. Vaşinqton Azərbaycan və Ermənistana işləri başa çatdırmaq və davamlı sülhün bərqərar olunmasına kömək göstərmək prosesinə daha fəal qoşulmalıdır”, — deyə o bildirib.

Sekuta vurğulayıb ki, daha çox irəliləyişin əldə olunmalı olduğu digər sahə TRIPP üzrə işlərin irəlilədilməsidir.

“İclasların keçirilməsi və planların hazırlanması zəruri olsa da, biz onların irəliləyişini, yəni real tikinti işlərinin başlanmasını görməliyik. Layihələrin çertyojlar üzərindəki mərhələdən icra mərhələsinə keçirilməsi ermənilərə və azərbaycanlılara real irəliləyişin əldə olunduğunu və bunun onlara konkret fayda gətirdiyini göstərəcək”, — deyə sabiq səfir qeyd edib.

Sekuta həmçinin onilliklər davam edən münaqişədən sonra regiondakı dinamikanın dəyişdirilməsi üçün ermənilər və azərbaycanlılar arasında daimi təmasların genişləndirilməsinin və qorunub saxlanılmasının zəruriliyini bir daha vurğulayıb.

“ABŞ uzun illər, hətta nəsillər boyu davam edən nifrətdən sonra keçmiş düşmənlərə müsbət və dost münasibətlər qurmaqda kömək etmək sahəsində böyük təcrübəyə malikdir. Biz — ABŞ — azərbaycanlılara və ermənilərə hər ikisinin istədiyi davamlı sülhü qurmaqda kömək etmək üçün bu təcrübəni regiona gətirməliyik”, — deyə o bildirib.

Onun fikrincə, davamlı sülh sazişi hər iki tərəfə, eləcə də daha geniş regiona fayda gətirəcək.

“Bu faydalar arasında ticarətin genişlənməsi və biznes üçün yeni imkanların yaranması var. Bu imkanlar təkcə regiondan, o cümlədən Avropa ilə Mərkəzi Asiyanı, daha sonra isə Hindistanı və Çini birləşdirə biləcək TRIPP vasitəsilə avtomobil və dəmir yolu tranzitinin artması ilə bağlı olmayacaq. Nəqliyyat və iqtisadi əlaqəliliyin yaxşılaşdırılması həmçinin xarici investisiyaların cəlb edilməsinə və yerli biznesin inkişafına, yeni müəssisələrin yaradılması və mövcud müəssisələrin genişləndirilməsi üçün şəraitin formalaşmasına kömək edəcək”, — deyə Sekuta qeyd edib.

O bildirib ki, regionda iş təcrübəsi onun qədim İpək yolunun Çinlə Avropanı birləşdirən sadəcə bir yol deyil, daha çox malların yaradıldığı və istehsal edildiyi, əlavə dəyərin formalaşdığı şəhərlər şəbəkəsi olduğu qənaətinə gəlməsinə imkan verib.

“Bu, təkcə çinlilərə və avropalılara deyil, həm də yol boyunca yerləşən şəhərlərə və yaşayış məntəqələrinə fayda gətirirdi. Bu gün həmin tarix TRIPP, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması, eləcə də Xəzər dənizi vasitəsilə və ondan kənarda əlaqələrin genişləndirilməsi sayəsində regionda təkrarlana bilər”, — deyə o bildirib.

Sekuta qeyd edib ki, hazırda layihələri çertyojlar üzərindəki mərhələdən və qarşılıqlı anlaşma memorandumları mərhələsindən çıxararaq real fəaliyyətə keçmək — torpaq işlərinə başlamaq son dərəcə vacibdir.

“Bilirəm ki, ABŞ İxrac-İdxal Bankı və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası vasitəsilə vəsait ayırıb. Yuxarıda qeyd etdiyim kimi, azərbaycanlılar və ermənilər, türklər, qazaxlar, özbəklər, Qara dənizin qərb sahilində yerləşən Avropa ölkələrinin xalqları və digərləri üçün potensial faydalar yaxşı məlumdur. Ötən il avqustun 8-də Ağ Evdə keçirilmiş tarixi görüşlərin ildönümünü qeyd etməyin ən yaxşı yolu Azərbaycan və Ermənistanda haqqında danışılan infrastruktur və biznes layihələrinin həqiqətən həyata keçirildiyini görmək olardı”, — deyə o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Məqalədə: #Azərbaycan #ABŞ #Vaşinqton sammiti #Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu #ABŞ-nin Azərbaycandakı sabiq səfiri Robert Sekuta #Ermənista

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.