7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

"Forbes Middle East" 2026-cı ilin ən güclü rəhbərlərini seçdi- siyahıdakı qətərlilər kimlərdir?

"Forbes Middle East" jurnalının dərc etdiyi 2026-cı il üzrə regionun ən nüfuzlu icraçı direktorları (CEO) siyahısında Qətəri təmsil edən 11 rəhbər şəxs yer alıb. Yaxın Şərq və Şimali Afrika (MENA) regionunun iri şirkətləri maliyyə artımını təmin edən, dayanıqlılığı möhkəmləndirən və biznesin gələcəyini şəkilləndirən idarəçilərin sayəsində yüksək maliyyə göstəriciləri nümayiş etdirməkdə davam edirlər.

13 Avqust 2026 13:51
"Forbes Middle East" 2026-cı ilin ən güclü rəhbərlərini seçdi- siyahıdakı qətərlilər kimlərdir?

"Forbes Middle East" jurnalının dərc etdiyi 2026-cı il üzrə regionun ən nüfuzlu icraçı direktorları (CEO) siyahısında Qətəri təmsil edən 11 rəhbər şəxs yer alıb. Yaxın Şərq və Şimali Afrika (MENA) regionunun iri şirkətləri maliyyə artımını təmin edən, dayanıqlılığı möhkəmləndirən və biznesin gələcəyini şəkilləndirən idarəçilərin sayəsində yüksək maliyyə göstəriciləri nümayiş etdirməkdə davam edirlər.

  • Qətərdə salon açmaq istəyənlər üçün vacib məsləhətlər

Siyahıda yer alan qətərli rəhbərlər və onların fəaliyyəti:

1. Səd bin Şəridə Əl-Kəəbi – "QatarEnergy" şirkətinin vitse-prezidenti və icraçı direktoru (6-cı yer) Səd Əl-Kəəbi 2014-cü ildən "QatarEnergy" şirkətinə rəhbərlik edir. 2018-ci ildə o, energetic işləri üzrə dövlət naziri və Nazirlər Kabinetinin üzvü təyin olunub. 2026-cı ilin mayında şirkət "TotalEnergies", "ConocoPhillips" və Suriya Neft Şirkəti ilə Suriya sahillərində kəşfiyyat işləri üzrə, həmçinin Misir hökuməti və "ExxonMobil" ilə Kiprdəki qaz yataqlarının Misir infrastrukturu vasitəsilə emalı üzrə anlaşma memorandumları imzalayıb. 2026-cı ilin aprelində isə Konqo Respublikasının Moko yatağında dəniz karbohidrogen yatağı kəşf edilib.

Qətərdə rəqəmsal ödənişlərdə kəskin artım qeydə alınıb – Mərkəzi Bank Bunu da oxuyun Qətərdə rəqəmsal ödənişlərdə kəskin artım qeydə alınıb – Mərkəzi Bank

2. Abdulla Mübarək Əl-Xəlifə – "QNB Group"un icraçı direktoru (8-ci yer) 1996-cı ildən "QNB Group"da çalışan Əl-Xəlifə 2018-ci ildən hazırkı vəzifəni icra edir. Şəbəkə 28-dən çox ölkədə 900-dən çox filiala və 31 mindən çox əməkdaşa malikdir. 2026-cı ilin birinci rübündə bankın ümumi aktivləri 387.3 milyard dollara, xalis mənfəəti isə 1.2 milyard dollara çatıb. Qrup 2025-ci ildə Asiya investorlarına yönəlmiş 2 milyard dollarlıq sindikasiya kreditini tamamlayıb. Əl-Xəlifə eyni zamanda "QNB Türkiye", "QNB Suisse" və "QNB Capital"ın İdarə Heyətinin sədri, "Ooredoo Qatar", "Qatar Airways" və Qətər Birjasının idarə heyətlərinin üzvüdür.

Qətər halal turizm sahəsində uğurunu necə qoruyub saxlayıb? Bunu da oxuyun Qətər halal turizm sahəsində uğurunu necə qoruyub saxlayıb?

3. Əziz Əl-Osman Fəxru – "Ooredoo Group"un icraçı direktoru (41-ci yer) 2020-ci ildən "Ooredoo"ya rəhbərlik edən Fəxrunun idarəçiliyi altında qrup 2026-cı ilin birinci rübündə 1.7 milyard dollar gəlir və 17 milyard dollarlıq ümumi aktiv qeydə alıb. 2026-cı ilin fevralında qrup fiber-optik və sualtı kabel infrastrukturu investisiyalarını genişləndirmək üçün "Ooredoo Fibre Networks" (OFN) şirkətini təsis edib. May ayında isə "du" şirkəti ilə tərəfdaşlıq çərçivəsində Körfəz ölkələrində saniyədə 720 terabit ötürmə qabiliyyətinə malik sualtı kabel sistemini istifadəyə verib.

4. Basil Cəmal – Qətər İslam Bankının (QIB) icraçı direktoru (55-ci yer) 2013-cü ildən banka rəhbərlik edən Basil Cəmalın idarəçiliyi dövründə bankın filial və terminal şəbəkəsi genişlənib. 2026-cı ilin birinci rübündə bankın aktivləri 61.5 milyard dollar, xalis mənfəəti isə 270.7 milyon dollar təşkil edib. Həmin il bank 5 illik 750 milyon dollarlıq sukuk buraxıb və mobil tətbiqində 320-dən çox xidmət təqdim edərək rəqəmsallaşma strategiyasını dərinləşdirib.

5. Salim Əl-Mənnai – "Qatar Insurance Group"un icraçı direktoru (57-ci yer) 2020-ci ildən bu vəzifəni tutan Əl-Mənnainin rəhbərliyi ilə qrupun 2026-cı ilin birinci rübündə topladığı ümumi sığorta haqları illik 13% artaraq 879 milyon dollara çatıb. "Web Summit Qatar 2026" tədbirində qrup maliyyə sektorunda süni intellektin tətbiqini sürətləndirmək üçün 14 strateji saziş imzalayıb. Əl-Mənnai həmçinin "QLM", Oman Qətər Sığorta Şirkəti və "QIC Asset Management" strukturlarında rəhbər vəzifələr tutur.

6. Şeyx Əbdürrəhman bin Fəhd Əl-Tani – "Doha Bank"ın icraçı direktoru (62-ci yer) 2022-ci ildə icraçı direktorun müavini kimi fəaliyyətə başlayan Şeyx Əbdürrəhman 2023-cü ildə qrupun rəhbəri təyin olunub. 2026-cı ilin birinci rübündə bankın aktivləri 33.3 milyard dollara çatıb. Bank Qətər Birjasında 137.4 milyon dollarlıq ilk davamlılıq istiqrazlarının yerləşdirilməsində iştirak edib və 2025-ci ildə London Birjasında 150 milyon dollarlıq rəqəmsal istiqrazlar buraxıb.

7. Abdulla Əl-Sulayti – "Nakilat" şirkətinin icraçı direktoru (66-cı yer) 2011-ci ildən dünyada ən böyük LNG daşıyıcılarından olan "Nakilat" şirkətinə rəhbərlik edən Əl-Sulayti 2025-ci ildə Cənubi Koreya gəmiqayırma zavodlarında ("Hyundai Heavy Industries", "Hanwha Ocean", "HD Hyundai Samho") 25 yeni LNGvə LPG/ammiak gəmisinin tikintisinə başlayıb. 2026-cı ilin birinci rübündə şirkətin gəlirləri 332.8 milyon dollar, aktivləri isə 10.6 milyard dollar təşkil edib.

8. Mənsur Əl-Xatir – Qətər Maliyyə Mərkəzinin (QFC) icraçı direktoru (69-cu yer) 2026-cı ilin yanvarında vəzifəsinin icrasına başlayan Əl-Xatir ilk rübdə 800-dən çox yeni şirkətə lisenziya verilməsini təmin edib ki, bu da illik müqayisədə 57% artım deməkdir. May ayında QFC Qətərdə aktivlərin idarə edilməsi sistemini gücləndirmək üçün Körfəz Kapital Bazarı Assosiasiyasına (GCMA) məsləhətçi üzv kimi qoşulub və "Commercial Bank of Qatar" ilə əməkdaşlıq memorandumu imzalayıb.

9. Şeyx Məhəmməd bin Həməd bin Feysəl Əl-Tani – Qətər Azad Zonalar İdarəsinin (QFZA) icraçı direktoru (81-ci yer) 2022-ci ildən bu vəzifəni tutan Şeyx Məhəmmədin rəhbərliyi dövründə, 2025-ci ildə idarənin investor bazası 19% artaraq 837 lisenziyalı şirkətə çatıb. Bu sərmayələrin 5.3 milyard dollara çatması və 13 mindən çox iş yeri yaratması gözlənilir. Qurum "WuXi Biologics" ilə Yaxın Şərqdə ilk bioloji məhsullar mərkəzinin açılması və "Samsung C&T" ilə 285 MVt-lıq günəş elektrik stansiyası daxil olmaqla 5 layihə üzrə razılıq əldə edib.

10. Əbdürrəhman bin Hişam Əs-Suveydi – Qətər İnkişaf Bankının (QDB) icraçı direktoru (87-ci yer) 2015-ci ildə banka qoşulan və 2021-ci ildən icraçı direktor olan Əs-Suveydi 2025-ci ilin noyabrında ölkədə vahid biznes maliyyələşdirilməsi platforması olan "Tamkeen" portalını istifadəyə verib. 2026-cı ildə bank regional gərginliklər fonunda özəl sektoru dəstəkləmək üçün 21 gün ərzində 65 milyon dollardan çox strateji maliyyə paketi ayırıb və xidmət sektorundakı şirkətlər üçün 100%-lik dövlət zəmanətli proqramları genişləndirib.

11. Əhməd Haşim – "Dukhan Bank"ın icraçı direktorunun vəzifələrini icra edən (91-ci yer) 2003-cü ildən bankda çalışan və 2023-cü ildə müvəqqəti rəhbər təyin olunan Haşimin dövründə, 2026-cı ilin birinci rübündə bank 117.8 milyon dollar xalis mənfəət əldə edib və ümumi aktivlərini 34.7 milyard dollara çatdırıb. 2026-cı ildə bank açıq bankçılıq, rəqəmsal ödənişlər və investisiya xidmətlərini genişləndirmək üçün "DeepSee", "SkipCash", "DriveWealth" kimi texnologiya şirkətləri ilə tərəfdaşlıqlar qurub.

"Forbes"un dərc etdiyi ümumi siyahıda 21 ölkəni təmsil edən 100 şirkətdən 102 icraçı direktor yer alıb. Ölkələr üzrə liderliyi 31 rəhbərlə BƏƏ tutur. İkinci yerdə 15 rəhbərlə Misir, üçüncü yerdə 13 rəhbərlə Səudiyyə Ərəbistanı, dördüncü yerdə isə 11 rəhbərlə Qətər qərarlaşıb. Sektorlar arasında bankçılıq sahəsi 30 nümayəndə ilə üstünlük təşkil edir.

Məqalədə: #Forbes Middle East #QatarEnergy #Qatar Insurance Group #CEO #QNB Group #Qətər İslam Bankı #Doha Bank #Əhməd Haşim #Əbdürrəhman bin Hişam Əs-Suveydi #Qətər İnkişaf Bankı #Qətər Azad Zonalar İdarəsi #GCMA #Forbes Middle East 2026 Qətər #Qətər en guclu icraci direktorlar #Səd bin Şəridə Əl Kəəbi QatarEnergy #Forbes Middle East Top CEOs 2026 Qatar #Saad Sherida Al Kaabi QatarEnergy #Abdulla Mubarak Al Khalifa QNB Group #Aziz Aluthman Fakhroo Ooredoo #Qatar executive leaders ranking 2026 #Bassam Jamal QIB CEO #Qatar Free Zones QFZA CEO

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

14:08
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

13:52
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

11:49
Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb
Qətər

Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

2 Sentyabr 10:36

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.