15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Qazaxıstan "OPEC+"-a sadiqliyini təsdiqləyib

5 Aprel 2025 19:29
Qazaxıstan "OPEC+"-a sadiqliyini təsdiqləyib

BAKI, AzerVoice

Qazaxıstan OPEC+ çərçivəsində öhdəliklərə sadiqliyini təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Qazaxıstan OPEC+ çərçivəsində əldə edilmiş razılaşmalara sadiq qalır və bu alyans çərçivəsində tərəfdaşlarla konstruktiv əməkdaşlığı davam etdirəcək, beynəlxalq öhdəliklərə və milli maraqlara əsaslanaraq fəaliyyət göstərəcək.

Eyni zamanda bildirilib ki, Qazaxıstan hasilatın bazara mərhələli qaydada qaytarılması cədvəlinin düzəlişini dəstəkləyib.

“Qazaxıstan həmçinin aprelin 3-də keçirilən görüşdə iştirak edib. Həmin görüşdə əlavə könüllü ixtisarlar həyata keçirən səkkiz ölkə, o cümlədən Qazaxıstan, bazar durumunu birgə qiymətləndiriblər. Görüşün nəticəsi olaraq, mövcud bazar şəraiti və sabitlik maraqları nəzərə alınaraq daha əvvəl razılaşdırılmış cədvələ düzəliş edilməsinə qərar verilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin (JMMC) 59-cu iclası videokonfrans formatında keçirilib.

İclasda bu ilin yanvar-fevral aylarında OPEC+ ölkələrinin saziş üzrə öhdəliklərinə əməl etməsi müzakirə olunub, ümumi icra səviyyəsi yüksək qiymətləndirilib və dünya neft bazarındakı tendensiyalar araşdırılıb.

“Komitə bazarın sabitliyinin qorunması məqsədilə səkkiz ölkənin həyata keçirdiyi əlavə könüllü ixtisarları yüksək qiymətləndirib və öhdəliklərə tam əməl olunmasının və kompensasiyanın təmin edilməsinin kritik əhəmiyyət daşıdığını vurğulayıb”, – deyə məlumatda qeyd olunub.

Məqalədə: #Qazaxıstan #OPEC+ #Qazaxıstanın Energetika Nazirliyi #OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsi #konstruktiv əməkdaşlıq #OPEC+ ölkələri

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.