6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilir. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.

23 Avqust 2026 10:46
Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

BAKI,VOA

Astananın 225 saylı seçki məntəqəsində Kurultaya seçkilər üzrə səsvermə keçirilir.

VOA xəbər verir ki, bu barədə Trend-in Astanadakı müxbiri məlumat verib.

Bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.

Seçkilərdə yeddi siyasi partiya iştirak edir: "Әділет", Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası "Baytaq", Qazaxıstan Xalq Partiyası, "Aуыл", Qazaxıstan Demokratik Partiyası "Ақ жол" və "Respublica".

Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

Kurultay əvvəllər Məclis və Senatdan ibarət olmuş Qazaxıstanın ikipalatalı Parlamentini əvəz edəcək.

Məqalədə: #Astan #Kurultay #birpalatalı parlament #Qazaxıstan Mərkəzi Seçki Komissiyası #Әділет #Ümummilli Sosial-Demokrat Partiyası #Qazaxıstan Yaşıllar Partiyası Baytaq #Qazaxıstan Xalq Partiyası #Aуыл #Qazaxıstan Demokratik Partiyası #Ақ жол #Respublica

Mövzu üzrə digər xəbərlər

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03
Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb
Qazaxıstan

Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

23 Avqust 19:59

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.