9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qırğızıstan
Qırğızıstan

Qırğızıstan və Malayziya arasında əməkdaşlıq genişlənir

Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov iyunun 25-də rəsmi səfərlə Malayziyada olub və Putracaya şəhərində ölkənin Baş naziri Ənvər İbrahimlə danışıqlar aparıb.

25 İyun 2025 10:58
Qırğızıstan və Malayziya arasında əməkdaşlıq genişlənir

BAKI,AzerVoice

Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov iyunun 25-də rəsmi səfərlə Malayziyada olub və Putracaya şəhərində ölkənin Baş naziri Ənvər İbrahimlə danışıqlar aparıb.

AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər Qırğızıstan ilə Malayziya arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətləri müzakirə ediblər.

Baş nazir Ənvər İbrahim ötən il Qırğızıstana etdiyi səfər zamanı göstərilən səmimi və qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib, ölkənin təbiətinin gözəlliyini və xalqının mədəniyyətini yüksək qiymətləndirib. O, hökumət üzvlərinə Qırğızıstana səfər etməyi və əməkdaşlıq imkanları ilə yerində tanış olmağı tövsiyə edib.

Sadir Japarov isə Baş nazirin sözlərini yüksək qiymətləndirərək bildirib ki, Ənvər İbrahimin Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. O qeyd edib ki, son bir ildə Qırğızıstan–Malayziya əlaqələri fəal inkişaf edir və yeni əməkdaşlıq sahələri yaranır.

Japarov kənd təsərrüfatı məhsullarının, xüsusilə ət, bal və qoz kimi ekoloji təmiz məhsulların Malayziyaya ixracında əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb. O, həmçinin halal sənaye sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu sahədə Malayziyanın qabaqcıl təcrübəsinin öyrənilməsini vacib saydığını bildirib.

Sadir Japarov Qırğızıstanın Orta Asiyada hidroenergetika sahəsində öncül mövqeyə malik olduğunu bildirərək Malayziya tərəfini su elektrik stansiyaları və bərpa olunan enerji layihələrində iştirak etməyə çağırıb. O, həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsini təklif edərək, Malayziya standartlarına uyğun kurort və mehmanxanaların inşasına dair təşəbbüsləri dəstəkləyəcəyini qeyd edib.

Baş nazir iki ölkə arasında təhsil, səhiyyə, informasiya texnologiyaları, yaşıl iqtisadiyyat və halal sənaye sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu bildirib. O, Malayziyanın bu təşəbbüsləri dəstəkləməyə və praktiki mexanizmlər işləyib hazırlamağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bu səfər son 30 ildə Qırğızıstan Prezidentinin Malayziyaya ilk rəsmi səfəridir.

Qırğızıstan və Malayziya arasında əməkdaşlıq genişlənir Qırğızıstan və Malayziya arasında əməkdaşlıq genişlənir
Məqalədə: #Qırğızıstan #Sadır Japarov #Malatya #Ənvər İbrahim #hərbi əməkdaşlıq #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

1 Sentyabr 12:57
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08
Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb
Qırğızıstan

Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

31 Avqust 10:35

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.