9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qırğızıstan
Qırğızıstan

Japarov ŞƏT sammitində iqlim çağırışı edib

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib. Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.

2 Sentyabr 2025 16:25
Japarov ŞƏT sammitində iqlim çağırışı edib

BAKI,AzerVoice, Fərid Mikayılov

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.

O, qeyd edib ki, Qırğızıstan ekoloji sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir.

“Biz ŞƏT ölkələrinə iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və ‘yaşıl’ iqtisadiyyat sahəsində birgə layihələri artırmaq üçün əməkdaşlığı fəallaşdırmağı təklif edirik” – deyə Japarov bildirib.

Sammit ərəfəsində keçirilən “ŞƏT ölkələrində ekoloji təhlükəsizlik” mövzusunda dəyirmi masada Qırğızıstan nümayəndələri ölkənin dağ ekosistemlərinin qorunması, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü tədbirlər barədə məlumat veriblər.

Çıxışlarda Qırğızıstanın hidroenerji potensialı, bərpa olunan enerji sahəsində xarici investorlarla əməkdaşlığa açıq olması vurğulanıb. Ölkədə son iki ildə 14 kiçik SES inşa edilib, hər il 8 milyon ağac əkilib, dağ rayonlarında infrastruktur layihələri icra olunub, telemedisina sahəsində beynəlxalq maliyyələşməli proqram həyata keçirilib.

Sadır Japarov bildirib ki, 2027-ci ildə Bişkekdə keçiriləcək “Bişkek+25” Qlobal Dağ Sammiti yalnız son illərin yekunu deyil, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.

“Qırğızıstan dağlıq ölkədir. Bizim səsimiz bütün dünya üçün eşidilməlidir. Qlobal dağ dialoqunun dəstəklənməsi ümumi maraqlar naminə vacibdir” – deyə o əlavə edib.

Məqalədə: #Qırğızıstan #Sadır Japarov #Bişkek #Yaşıl İqtisadiyyat #İqlim dıyişikliyi #İqlim dəyişikliyi #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #İqlim dəyişikliyi və okeanlar #Qlobal iqlim dəyişikliyi #İqlim böhranı və dəniz səviyyəsi #2025 iqlim böhranı

Mövzu üzrə digər xəbərlər

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

1 Sentyabr 12:57
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08
Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb
Qırğızıstan

Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

31 Avqust 10:35

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.