13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət, tarix, əxlaq
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbas ibn Əbdülmüttəlib Məkkədə dinini nə üçün gizlədirdi?

653-cü ildə vəfat etmiş Abbas ibn Əbdülmüttəlib , Məhəmməd peyğəmbərin əmisi olmuşdur.

22 Noyabr 2024 11:28
Abbas ibn Əbdülmüttəlib Məkkədə dinini nə üçün gizlədirdi?

Bakı,AzerVoice

653-cü ildə vəfat etmiş Abbas ibn Əbdülmüttəlib , Məhəmməd peyğəmbərin əmisi olmuşdur. Onu Əbül- Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas peyğşmbərlə bir evdə böyümüşdür.

Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir.


Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır. O, hətta bəzi hallarda peyğəmbərə kömək belə etmişdir. Onun həyat yoldaşı Ümmül- Fəzl isə ilk müsəlman qadınlarından biri olmuşdur.

Bütün bunlara baxmayaraq, Bədr döyüşünə bütpərəstlərin tərəfində olmağa məcbur edilən Abbas ibn Əbdülmüttəlib müsəlmanlar tərəfindən əsir götürülmüşdür. Əsirlikdən azad olunduqdan sonra İslamı qəbul edərək, Məkkəyə qayıtmış, ancaq bir müddət müsəlman olduğunu gizlətmişdir olmuşdur. O, oradakı müsəlmanlara köməklik göstərmiş, Mədinədə hicrətdə olan peyğəmbərə Məkkədəki vəziyyət haqqında xəbərlər göndərmişdir.
Daha sonra, müsəlmanların Məkkəni fəth etməsinə az qalmış o da, Mədinəyə hicrət etmişdir.

Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərin tərəfində olmuş, Hüneyn döyüşündə bütpərəstlərə qarşı vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra isə Abbas ibn Əbdülmüttəlib Xilafət üçün böyük işlər görmüş və ilk üç Raşidi xəlifələrə yaxından köməklik göstərmişdir. O, İslam ordusu üçün böyük məbləğdə vəsait xərcləmiş, xüsusən də, Bizansa qarşı yürüşlərin bütün xərcini öz öhdəsinə götürmüşdür. Abbas ibn Əbdülmüttəlib xəlifə Osmanın xəlifəliyi zamanı dünyasını dəyişmişdir. Yüz ilə yaxın bir müddət keçdikdən sonra, onun soyundan olan varisləri Xilafətə başçılıq etmişdirlər. Məhz, Abbasilər sülaləsi onun soyundan gəlməkdədirlər.

Məqalədə: #İslam irsi #Səhabə həyatı

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
İslam və həyat: Şəriət, tarix, əxlaq

Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti

12 Sentyabr 09:27
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

10 Sentyabr 00:21

Son Xəbərlər

Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.