11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir? Səhabə həyatı
Səhabə həyatı

Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı

Süheyb Rumi İslam tarixində tanınmış səhabələrdən biri kimi yadda qalıb. O, əsli ərəb olan Bəni Nümeyr qəbiləsinə mənsub idi. Uşaqlıq illərini İraqda keçirən Süheybin taleyi İran–Bizans müharibələri dövründə dəyişib. Müharibə zamanı bizanslılara əsir düşən Süheyb uzun müddət köləlik həyatı yaşayıb. Məhz bu səbəbdən o, yunan dilini ərəb dilindən daha yaxşı bilirdi və “Rumi” ləqəbi ilə tanınıb.

29 Mart 2026 10:26
Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı

BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası

Süheyb Rumi İslam tarixində tanınmış səhabələrdən biri kimi yadda qalıb. O, əsli ərəb olan Bəni Nümeyr qəbiləsinə mənsub idi. Uşaqlıq illərini İraqda keçirən Süheybin taleyi İran–Bizans müharibələri dövründə dəyişib. Müharibə zamanı bizanslılara əsir düşən Süheyb uzun müddət köləlik həyatı yaşayıb. Məhz bu səbəbdən o, yunan dilini ərəb dilindən daha yaxşı bilirdi və “Rumi” ləqəbi ilə tanınıb.

Uzun illər sonra köləlikdən azad edilən Süheyb Məkkəyə qayıdıb. O, İslamı qəbul edən ilk şəxslərdən biri olub. Məhəmməd peyğəmbərin peyğəmbərliyi barədə eşidən kimi Ərqəmin evinə gedərək İslamı qəbul edib. Bu seçim ona ağır bədəllər bahasına başa gəlib. Qüreyşlilər tərəfindən ciddi təzyiq və işgəncələrə məruz qalan Süheyb Məkkəli olmadığı üçün heç bir tayfa və ya ailə tərəfindən qorunmayıb.

Mədinəyə hicrət zamanı Qüreyşlilər onun şəhəri tərk etməsinə mane olublar. Süheyb canını xilas etmək üçün bütün mal-dövlətini Məkkədə qoyaraq gizli şəkildə yola çıxıb. Üstəlik, yol boyu da qarətə məruz qalıb. Buna baxmayaraq, o, Mədinəyə çataraq müsəlman icmasına qoşulub və icmanın möhkəmlənməsi üçün fəal şəkildə çalışıb, bir sıra döyüşlərdə iştirak edib.

Peyğəmbərin vəfatından sonra Süheyb ilk xəlifələri dəstəkləyib. Xəlifə Ömərin vəfatından sonra isə onun vəsiyyətinə əsasən, üç gün ərzində Mədinə məscidində camaata namaz qıldırıb.

Süheyb Rumi təxminən 70 yaşında Mədinədə vəfat edib və İslam tarixində sədaqəti, fədakarlığı və səbrli həyatı ilə nümunəvi səhabələrdən biri kimi xatırlanır.

Məqalədə: #Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı #İslamın ilk müsəlmanlarından biri – Süheyb Rumi kim idi? #Qüreyş təzyiqləri #hicrət və sədaqət: Süheyb Ruminin taleyi #Yunan dilini ərəb dilindən yaxşı bilən səhabə – Süheyb Rumi #Malını-dövlətini tərk edən iman nümunəsi: Süheyb Rumi #Bizans əsirliyindən Mədinə məscidinə uzanan ömür yolu #Hicrət zamanı hər şeyini itirən səhabə – Süheyb Rumi #Peyğəmbərin yaxın səhabələrindən Süheyb Ruminin həyat hekayəsi #İslam tarixində səbr və fədakarlıq simvolu – Süheyb Rumi #Xəlifə Ömərin vəsiyyət etdiyi səhabə: Süheyb Rumi #Məhəmməd peyğəmbərin səhabələri

Mövzu üzrə digər xəbərlər

Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı
Səhabə həyatı

Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

28 İyun 09:00
Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu
Səhabə həyatı

Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

31 May 18:00
İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı
Səhabə həyatı

İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

10 May 13:02
Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması
Səhabə həyatı

Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması

26 Aprel 00:04

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.