8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov

9 Yanvar 2024 14:27
Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov

Bakı. AzerPress:

Tibb elmləri doktoru, professor, Mərkəzi Neftçilər Xəstəxanasının əfsanəvi baş həkimi Əməkdar həkim Fəxrəddin Cavadovun vəfatından 15 il ötür.

İş həyatında Təcili Tibbi Yardım stansiyasında səyyar həkim pilləsindən başlayaraq Azərbaycan Respublikası Səhiyyə naziri səviyyəsinədək yüksələrək bütün müvafiq vəzifələrdə çalışmışdır.

Tanınmış alim, ictimai və dövlət xadimi, istedadlı həkim Fəxrəddin Cavadov Azərbaycan tibb elminin inkişafına böyük töhfələr vermişdir.
O, Qafqaz və Orta Asiyada ilk dəfə canlı insandan digərinə qaraciyər transplantasiyası əməliyyatını gerçəkləşdirməyə nail olmuşdur. Onun mənalı ömür yolu, səhiyyə sahəsindəki əvəzsiz xidmətləri, qazandığı elmi nailiyyətlər bu gün də bu sahədə çalışanlar üçün əsl yol xəritəsidir.
Fəxrəddin Cavadov onu tanıyanların, o cümlədən dostlarının xatirəsində daim böyük ürəkli insan, bir möcüzə, müasir səhiyyəmizin parlaq siması, Azərbaycan səhiyyəsinin nəhəng və fədakar təşkilatçısı və islahatçısı kimi qalacaqdır. Dostlarının onun barəsində söylədikləri “O, Azərbaycan həkiminə inamı qaytardı”, “Bir böyük ürək”, “Qətiyyətli, həyatsevər, gələcəyə nikbin baxışları ilə seçilən insan”, “O, çətin və fövqəladə günlərin qəhrəmanıdır!”, “O, yaşatmaq üçün yaşayırdı” və bu kimi digər fikirlər onun öz peşəsinə sadiqliyinin, necə peşəkar həkim olmasının, xalqa xidməti hər şeydən üstün tutmasının, insanları necə çox sevməsinin bariz göstəricisidir.
F.Cavadovun çıxışlarında səsləndirdiyi “Biz öz ölkəmizdə şəfa tapmalıyıq”, “Cəmiyyətə, xalqa, dövlətə fayda gətirməyən insanın həyatı mənasızdır” sözləri onun həyat amalını çox sevdiyi ölkəsinə, xalqına xidmətdə gördüyünü əyani şəkildə göstərir.
Çıxışlarının birində cənab Prezidentin bölgələrə səfərləri zamanı müalicə-diaqnostika mərkəzləri və xəstəxana binalarının təməlqoyma, sonra isə onların açılış mərasimlərində iştirak etdiyini xatırladan həkim-alim bildirmişdi: “Mən tam məsuliyyətlə deyirəm ki, 70 illik sovet quruluşunda belə şey olmamışdır. Azərbaycan səhiyyəsindəki bu sıçrayış, inkişaf əsl inqilabdır!”.
Görkəmli alimin fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə F.Cavadov “Tərəqqi” və digər medallarla təltif edilmiş, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür.
Tibb elminin inkişafındakı xidmətlərinə görə o, həmçinin “Qızıl ürək” ordeni (ölümündən sonra) ilə təltif olunmuşdur.
Xatırladaq ki, 2009-cu il yanvarın 9-da 57 yaşında vəfat edən Fəxrəddin Gülmirzə oğlu Cavadovun həyat yolu və fəaliyyəti əbədiləşdirilib, onun xatirəsinə “Bir sağlam ürək”, “Ürək dostu”, “Yaşamaq gözəldir, yaşatmaq da…!” və “Sənsiz - Səninlə” sənədli filmləri çəkilib.
Bütün bunlar göstərir ki, tanınmış alimin parlaq xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq, onun yetişdirdiyi perspektivli gənc kadrlar Azərbaycan səhiyyəsinə, uca xalqımıza bundan sonra hələ uzun müddət xidmət edəcəklər.

Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov
Məqalədə: #Fəxrəddin Cavadov

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.