14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qalib Azərbaycan ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini tutmasını istəməyən qüvvələrin planlarını alt-üst etməkdədir - Əhməd İsmayılov

11 Yanvar 2024 12:09
Qalib Azərbaycan ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini tutmasını istəməyən qüvvələrin planlarını alt-üst etməkdədir - Əhməd İsmayılov

Bakı. AzerPress:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra ölkəmizdə və eyni zamanda, regionumuzda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması kimi vacib amillərlə şərtlənir.

AzerPress xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov yanvarın 11-də bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışında deyib.

O bildirib ki, yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir. Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı, ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir.

“Milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib. 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq Media Forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır”, - deyə Əhməd İsmayılov qeyd edib.

Qalib Azərbaycan ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini tutmasını istəməyən qüvvələrin planlarını alt-üst etməkdədir - Əhməd İsmayılov
Məqalədə: #Medianın İnkişafı Agentliyi #Əhməd İsmayılov

Mövzu üzrə digər xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
20:17
Səudiyyə Ərəbistanında 110 milyon ton nadir torpaq elementi filizi aşkarlanıb
Səudiyyə Ərəbistanında 110 milyon ton nadir torpaq elementi filizi aşkarlanıb
20:10
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
20:05
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
19:52
Yəməndə 93 mindən çox insan didərgin düşüb
Yəməndə 93 mindən çox insan didərgin düşüb
19:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.