Bakı. AzerVoice:
Uşaqların təlim tərbiyəsində 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının fədakarlıq nümunəsindən istifadə imkanlarından yazmaq istəyirəm. Mənim fikrimcə müharibə hər bir insanın həyatında iz qoyduğu kimi uşaqlarında həyatında müəyyən izlər buraxır ki, bu bəzən kədər bəzən də qürur izləri olur. Bildiyimiz kimi 2-ci Qarabağ müharibəsi bizdən neçə-neçə igid oğullarımızı aldı. Hansı ki, bu qəhrəmanlar sayəsində biz illərə həsrətində olduğumuz torpaqları geri aldıq. Əgər bu gün hər bir Azərbaycanlı öz evində sülh şəraitində yaşayırsa bunu əsgərlərimizə, qəhrəmanlarımıza, şəhidlərimizə borcluyuq. 2-ci qrup müharibəsi bitdikdə hamı küçələrdə bu zəfəri qeyd edirdi. Hətta balaca uşaqlar da “Qarabağ Azərbaycandır”, “Şuşa bizimdir” şüarları ilə səslənib öz vətənpərvərlik hisslərini bizə çatdırmaq istəyirdi. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Uşaqdan böyüyə hər kəs general-mayor Polad Həşimov şəhidlik zirvəsini ucaldığını bilir. Xüsusi məktəblərdə belə Polad Həşimov haqqında məlumatlar uşaqlara verilir.
Nicat Həşimzadə adlı əsgər bir əhvalatı danışır- “Əsgərlik dövründə yatmağa yerimiz yox idi. Çox bərbad vəziyyətdə qalırdıq. Bir dəfə güclü külək damı başımıza uçurdu. Daha sonra bir gün hamımız gördük ki, dağda kazarma tikintisinə başlanılıb. Biz elə bildik ki, nazirlik tərəfindən tikilir. Lakin sonra öyrəndik ki, bu təşəbbüsü hərbi hissə komandiri Polad Həşimov yerinə yetirir. Polad Həşimovun öz evi yox idi amma bizim üçün kazarma tikdirirdi”.
Bu sözlərdən sonra aydın başa düşmək olar ki, bizim qəhrəmanlarımız öz açıq ürəkli olmağı ilə, hər zaman əsgərinə qayğı göstərən olublar. Uşaqların tərbiyəsində əsas məqamlardan biri də sənin olan nəyisə bölüşməkdir. Ehtiyacı olanlara əl tutmaqdır. Bizim qəhrəmanlarımız uşaqlara böyük bir örnəkdir. Onların göstərdiyi qəhrəmanlıqlar hər zaman bizim uşaqlara tərbiyə nümunələri olacaq. Bizim gənc nəsil, uşaqlar bunları eşitdikdən sonra onların ürəkləri vətən sevgisi ilə dolub daşır. Bizim qəhrəmanlarımız son nəfəslərini belə vətən eşqi ilə veriblər. Vüqar Ədilov adlı əsgər xatirlərində demişdir ki, “Ramazan ayı idi. Oruc tutmuşdum amma bunu bölük komandirim bilmirdi. Bir gün içəri bölük komandirimiz Polad Həşimov daxil oldu. Kimin oruc tutduğunu soruşdu. Heç kim cavab vermədi. Yoldaş əsgər mənim oruc tutduğumu dedi. Komandir məni ön cərgəyə çıxardı. Elə bildim bunun icazə olmadığını deyəcək. Lakin komandir əmr etdi ki, oruc tutan bütün əsgərlər xidmətdən azaddır”. Burda da göründüyü kimi qəhrəmanımızın dinə necə önəm verməsidir. Uşaqların tərbiyəsində din mövzuları da durur. Bunu bilən uşaqlarda dinnimizə qarşı sevgi, hörmət hissi yaranacaq. Uşaqlar bizim qəhrəmanlarımızın göstərdikləri vətən sevgisindən faydalanacaqlar. İndi isə şəhid kapitan Nihad Babayevin qəhrəmanlığından danışaq. Nihad Babayev 29 Oktyabrda şəhidlik zirvəsinə ucalıb. Nihad Babayev snayper tərəfindən vurulub. Qızğın döyüş zamanı yaralı olmağında baxmayaraq o yenidən döyüşməyə davam edib. Rəhbərlik etdiyi qrupdan ayrılaraq xeyli irəlidə təkbaşına döyüşüb. O deyirdi ki, “Məni adi silahla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə öz dediyi kimi də oldu. Burada görünən odur ki, bizim qəhrəmanlarımız necə də cəsur, igid olublar. Uşaqlar bizim qəhrəmanlarımızdan həmdə cəsur olmağı, igid olmağı, düşməndən qorxmamağı öyrənib. Televiziya proqramlarında, sosial şəbəkələrdə müharibə ilə bağlı xəbərlər və verlişlər də uşaqların tərbiyəsinə təsir edir. Məsələn, qəhrəmanlarımızı tanıyan bir uşaq ona qarşı sevgi bəsləyir. Onun kimi nümunəvi insan və vətəndaş olmağı istəyir. Valideynlər övladlarını qazilərlə olan görüşlərə, şəhid ailələri ilə olan görüşlərə aparsalar daha yaxşı olar. Çünki vətənlə bağlı fikirlər uşağın tərbiyəsində əsas yer tutur. Xüsusi təyinatlı qüvvələrin baş giziri şəhid Rəşad Babayevin ailəsinə son görüşündə dediyi cümlə bu idi: “ Torpaqlarımızı qorumalıyıq, almalıyıq ki, gənc nəsil rahat yaşasın”. Məhz buna görə də biz müəllimlər hər zaman çalışmalıyıq ki, gələcək nəsillər hər zaman müstəqil, vətənpərvər, savadlı və qürurlu olmağa çalışsınlar.
“Korreksiyaedici təlim” ixtisasının KRT2002B qrup tələbəsi Babayeva Fidan
Ədəbiyyat siyahısı:
Əsgərlərdən alınan reportajlar və tələbənin təhlili.
