13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Aİİ məzunları təhsillərini Malayziyada davam etdirəcəklər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2023/2024-cü tədris ili məzunları magisturatura səviyyəsi üzrə təhsillərini Malayziyada – paytaxt Kuala-Lumpurda yerləşən Malayziya Beynəlxalq İslam Universitetində (MBİU) davam etdirəcəklər.

18 Oktyabr 2024 11:59
Aİİ məzunları təhsillərini Malayziyada davam etdirəcəklər

Bakı, AzerVoice

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2023/2024-cü tədris ili məzunları magisturatura səviyyəsi üzrə təhsillərini Malayziyada – paytaxt Kuala-Lumpurda yerləşən Malayziya Beynəlxalq İslam Universitetində (MBİU) davam etdirəcəklər.

AzerVoice xəbər verir ki, bu barədə Aİİ-dan bildirib.

MBİU və Aİİ arasında imzalanmış Əməkdaşlıq müqaviləsinə əsasən, məzunlar Universitetin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Aİİ-nin “Dinşünaslıq” ixtisası üzrə məzunları – Aqşin Məmmədov MBİU-nun “Tarix və sivilizasiya” (History and Sivilization), Şahin Müzəfərov isə “İslam düşüncəsi və sivilizasiyası” (Islamic Thought and Sivilization) ixtisasları üzrə təhsil alacaqlar.

MBİU İdarə Heyətinin üzvü, səfir Dr. Syed Hüseyin əl-Habşi və Təşviq, tələbələrin işə qəbulu şöbəsinin direktoru Siti Aişə İbrahim ilə Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova, həmçinin adları qeyd olunan tələbələrin iştirak etdikləri görüş təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılıb.

Daha sonra Aİİ nümayəndələri Universitetlə tanış olublar.

MBİU-nun tarixi ilə bağlı ətraflı məlumat verilib. Tələbələrə Universitetin qalereyası, korpuslar, onlar üçün nəzərdə tutulmuş məscid, mağaza, idman zalı, həmçinin digər komplekslər göstərilib və məlumat verilib. Məzunlar Universitetin rəhbər və işçi heyəti ilə də tanış olublar.

Qeyd edək ki, Aİİ fəaliyyətə başladığı vaxtdan etibarən, xarici əlaqələrin inkişafına önəm verir. Dünyanın 30-dan çox qabaqcıl ali təhsil müəssisəsi ilə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, İnstitutun müxtəlif tələbə mübadilə proqramları və qarşılıqlı akademik fəaliyyəti həyata keçirilir.

Aİİ məzunları təhsillərini Malayziyada davam etdirəcəklər Aİİ məzunları təhsillərini Malayziyada davam etdirəcəklər Aİİ məzunları təhsillərini Malayziyada davam etdirəcəklər
Məqalədə: #Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

12 Sentyabr 09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.