14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Naxçıvan Ali Məclisinin iclası keçirilib

Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi (birinci oxunuş) və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.

21 Oktyabr 2024 15:15
Naxçıvan Ali Məclisinin iclası keçirilib

Bakı, AzerVoice

Naxçıvan Ali Məclisinin iclası keçirilib.

AzerVoice xəbər verir ki, oktyabrın 21-də Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi (birinci oxunuş) və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihə Hüquq siyasəti komitəsinin 17 oktyabr 2024-cü il tarixli iclasında müzakirə olunub.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev, Humanitar siyasət komitəsinin sədri Ülkər Bayramova, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva və İqtisadi siyasət komitəsinin üzvü Pərvin Nəcəfsoy müvafiq qanuna təklif edilmiş dəyişikliklərin əhəmiyyətini vurğulayıblar.

Sonra qanun birinci oxunuşda qəbul edilib.

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və “Media haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılma məqsədi ilə hazırlanıb. Ali Məclisin deputatlarına təqdim edilmiş layihə Hüquq siyasəti komitəsinin 17 oktyabr 2024-cü il tarixli iclasında müzakirə olunub.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, sədrlik etdiyi komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun səsə qoyularaq qəbul olunub.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının iclası başa çatıb.

Naxçıvan Ali Məclisinin iclası keçirilib Naxçıvan Ali Məclisinin iclası keçirilib
Məqalədə: #Naxçıvan

Mövzu üzrə digər xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.